İstəmirdim
Gecikmisən demirəm cünki, sevgi yolunda,
Gecikmələr məhduddur qovuşma var sonunda.
Bugün yenə qərq etdin suallarla yuxumda
Tamam başqa olmuşdun, ayılmaq istəmirdim ...
Sanki bir məhbus idim, qol bağlı, dilim bağlı,
Necə donmuş idimsə almışdın tamam ağlı,
Hakim dedi söylə sən ,kim günahkar,kim haqlı.?
Sözdə tutmurdu dilim,danışmaq istəmirdim ...
Məhəbbətin yolunda saf olubdu istəyim
Günahdırmı de megər səni qəlbdən sevməyim,
Döndün kecmişə sarı,sadaladın mələyim ,
Hansı səmtdən ha yana yön almaq istəmirdim...
Zamana yox etibar,sevgi zaman anlamır
Secim sənindi gülüm,tez ol dünya fırlanır,
Əsil eşq,məhəbbətdə hecbir sərhəd tanımır
Bunun ücün geriyə hec baxmaq istəmirdim...
Tarix: 27.01.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 290 Bölmə: Sevgi şerləri
loading...