Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getmə...

Məni atəşlərə tərk edib getmə
Uçub səmalara ey ruhum getmə
Bilirəm dəymişəm xətrivə gözəl
Nə olar sən məni tərk edib getmə.

Gözümün nurusan gözümnən getmə
Inciyib bir acı sözümnən getmə
Nöqsanım çatsada yüzə milyona
Nə olar sən məni tərk edib getmə.

Sən dünyanı mənə gəl zindan etmə
Bu yazıq canıma sən zülm etmə
Mən səmsiz yaşaya bilmərəm əsla
Nə olar sən məni tərk edib getmə.

Məni öz yanınnan gəl uzaq etmə
Məni xəyalında sən düşman etmə
Günahım böyükdü bunu bilirəm
Nə olar sən məni tərk edib getmə.

Mən ölsəm onu bil ruhum sənlədi
Səndə ruhumu tək qoyub getmə
Şairin döyünən qəlbi sənlədi
Tək qoyub Qasımı bir yana getmə.


Tarix: 26.12.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Sevgi şerləri
loading...