Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevirəm səni.......

Dinlə gözəl mənim sənə sözüm var
Ömrümün mənası sevirəm səni
Qəlbin hər yərinde sənin izin var
Ömrümün mənası sevirəm səni.

Səndən özgəsini görməyir gözüm
Səninçün ölərəm elə mən özüm
Adın dilimdədir sənsən hər sözüm
Ömrümün mənası sevirəm səni.

Dünyalar gözəli yarımsan mənim
Qəlbimi min dərdə salmısan mənim
Ağlımı başımdan almısan mənim
Ömrümün mənası sevirəm səni.

Sevmişəm, sevirəm, sevəcəyəm mən
İstə səndən ötrü öləcəyəm mən
Diz çöküb qarşında deyəcəyəm mən
Ömrümün mənası sevirəm səni.


Tarix: 26.12.2014 / 13:58 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Sevgi şerləri
loading...