Yıxılıb qalxmağa öyrənib ömür
Zəfəri ümüddən iraq görmüşəm
Ehh...Daha bundan da, o tərəfə nə?
Mən səni sevmişəm özüm bilmişəm
Sən mənim gərəyim, ömür həmdəmim
Həm qüssəm,
Həm dərdim,
Ən gözəl qəmim!
Sən də bilirsənki bu həsrət mənim
Viranə bəxtimin əcəl günüdür...
Səni yandırmağa gəlmədi əlim
Çırıb ürəyimə səpmək də olmur
Yığıb sətirlərə düzür qələmim
Məbədim!
Məhvərim!
Ən gözəl qəmim!
Sənə sığınanda bilməmışdim heç
Sən mənə ən böyük dərd olacaqsan
Özümü qınayıb çəkəndə dara
Sən qəti qərarlı vəd olacaqsan
Boğulub gözümdə donar bu nəmim
Seçdiyim
Sevdiyim
Ən gözəl qəmim!
Ağlımın uşaqlıq vaxtı deyildi...
Ağlıma güləcək günlərə düşdüm
Bu insan qisməti baxtı deyidi
Yaşadım səninlə!
dillərə düşdüm
Bir ayrı yerlərdə itməzki sənim
Həm Arzum!
Niyyətim!
Ən gözəl qəmim!
Divanə zülmətlər küncündə sənsiz
Bir ovuc işiqla səni yazacaq
Səni bu dünyaya verdim kədərsiz
Dərdin də qəmin də məndə qalacaq
Aralı ömürdən deyir ürəyim!
Sevincim,
istəyim,
Ən gözəl qəmim!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi şerləri