Ürəyimin qulağı var, gözü var
Mən ürəyi atəş dolu şairəm,
Hələ yaram sağalmayıb, gözü var.
Aman cəllad, sən vurduğun yaranın
Ürəyimdə hələ dərin izi var.
Əlimdədir bu kainat, bu dünya,
Kilid vurmaq olmaz axar bir çaya.
Ürəyimdə dalğalanan bir dərya,
Millətimin, vətənimin sözü var.
Qartal kimi süzüb uçan nəğməmdə,
Sellər kimi axıb coşan nəğməmdə,
Bahar kimi könül açan nəğməmdə
Qan ağlayan bu ellərin özü var.
Cəllad! Yetər, çək əlini vətəndən,
Ayıraram dik başını bədəndən.
Daha məni sata bilməz hər yetən,
Ürəyimin qulağı var, gözü var!
Tarix: 29.05.2015 / 12:34 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Süleyman Rüstəm
loading...