Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Od (yanğın)

odla ilgili yuxular müxtəlif cür yozulur. Qaranlıq gecədə xalqa yol göstərmək məqsədilə od qalanması elmə və biliyə yiyələnmək mənasına gəlir. Gündüz çağı yol üstündə od qalanması boş şeylərlə məşğulsunuz. Oda ibadət etmək – savaşçı və qovğaçı olduğunuza, günah işlərlə şeytana qulluq göstərdiyinizə işarədir. Qış günündə od qalamaq və istisində qızınmaq – zənginliyə, var-dövlətə, od yediyini görmək – dustaqxanaya düşməyə; Oda girib çıxmaq – cənnətə düşməyə; Oda girmək – malından dolayı zərərə və cəhənnəmə düşməyə yozulur. Bu cür yuxular görən adamın günah işlərdən çəkinməsi gərəkdir. Alovlu və gur bir tonqalın ətrafında adamların dövrə vurduğunu görmək – bərəkətə işarədir. Çöldə od görüb rahat olmaq- vəhşət və yalnızlıqdan firavan həyata qovuşacaqsınız. Taxıl zəmilərinin yandığını görmək – taxılın qiyməti artacaq. Üstündə qazan olmayan ocaq görmək- evi qoruyan gözətçidən zərər yetişəcək. Üstündə qazan, ağzında tüstüsüz ocaq görmək – yuxunu görən həccə gedəcək.Bir məhəlləyə, ya da şəhərə od düşdüyünü görmək – o yerdə müharibə olacaq və ya çiçiək, taun, vəba kimi məhvedici xəstəliklər epidemiya halını alacaqdır. Göydən od yağdığını görmək- o yerdə yaşayanlar şiddətli və dəhşətli sıxıntılara məruz qalacaq. Alovun göyə qalxdığını görmək – həmin yerin adamları qorxusuz, hürküsüz günah işlərlə məşğul olaraq, Uca Tanrıya qarşı sayğısızlıq göstərirlər. İsinmək və ya başqasını isitmək üçün od qalamaq – hədə-qorxuyla, təhriklə bir şeydən faydalanmaq, bu yolla yoxsulluqdan qurtarmaq anlamına gəlir. Od üstündə kabab çəkmək – camaatın əzab və iztirablarına, məyusluğuna səbəb olacaq bir sözə yozulur. Kababdan yemək isə – gündəlik ruzi anlamını verir. Od üstündə qazan qaynatmaq – yuxu sahibi öz qulluqçusu və ya işlərini görən bir kimsə tərəfindən gələcək gəlirindən məhrum olacaqdır. Paltarın yandığını görmək – pal-paltarla bağlı zərərə düşəcəksiniz. Xəyali yanğın – qorxulu vəziyyətdə olan adam üçün əminamanlığa və təhlükəyə yozulur. Öz evindən alov çıxdığını görmək – röyanı görən bir vilayətə vali təyin ediləcək, yaxud kommersiya və peşə fəaliyyətində güc-qüdrət sahibi olacaqdır. Bir adam öz ocağının nuruyla, işığıyla qərbdən-şərqə bütün dünyanın aydınlaşdığını görərsə – bu röya onun dünyaca məşhur olacağına, dünya şöhrətli elm adamı kimi tanınacağına yozulur. Evinə yanğın düşdüyünü görmək – ucuzluq, bolluq, var-dövlət anlamını verir. Alovun başından yuxarı qalxdığını görmək – röya sahibinin arvadı boyludursa gözəl bir oğlan uşağı dünyaya gətirəcək. Dağ başında ocaq qalamaq – mənəviyyatın sağlamlığına, Allaha yaxınlığına, Röya sahibi qürbətdədirsə – sağ-salamat yurduna dönəcəyinə yozulur. Alov içində olmaq, lakin yanmamaq – mələyə yaxınlaşaraq onunla söhbətdə bulunacaq və başınızdan keçənləri anladaraq, düşmən üzərində zəfər çalacaqsınız. Evdə yanan ocağın nuru ailə üçün faydalı olur, lakin bu nurun söndüyünü görmək – o evin böyüyünün vəfat edəcəyinə işarədir. Sönmüş ocağı külək közərdərsə – o evə oğru girəcək. Od eyni zamanda, cin tayfasına, qıtlığa və çəyirtkə basqınlarına da yozulur. Fırın ocağı – sərvəti və gəliri bildirir. Yuxuda qazan içində alov görənlər – yerli-yersiz danışar, cin və pərilərin təsiri altında olan tutmalı adamlar kimi havalı sözlər söyləyərlər. Alov yemək – gümüş və qızıl qablarda haram yeməyə yozulur, bəzən də kasıblarla dostluq etmək mənasına gəlir. Odun çox gur yanması – itkiyə və ölümə işarədir.


Tarix: 11.03.2014 / 13:29 Müəllif: Ebulfez Baxılıb: 203 Bölmə: O hərfi
loading...