Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğru (oğurluq)

röyada qorunan bir şeyi oğurlamaq zinakarlığa və məqsədinə çatmağına yozulur. Əgər röyada görünən oğru tanınırsa, həmin oğru malını çaldığı kimsədən fayda görəcək, ondan bir elm, sənəti, ya da bir sözü öyrənəcək. Yuxuda tanınmayan oğru da bu şəkildə yozulur. Röyada bir evdən qulluqçulara aid bir şeyi oğurlamaq – bu yuxu onlardan birisinin öləcəyinə işarədir. Əgər röyada tanınan biri gümüş pul oğurlayarsa, bu həmin adamın pis söz söhbət gəzdirdiyini göstərir. Oğru yaşlıdırsa və tanınmırsa – röya sahibinin bir dostu onun əleyhinə söz gəzdirir və onu pisləyir. Cavan oğru – röya sahibinin düşməni onun əleyhinə söz gəzdirir. Çeşidli yozumlara görə, röyada oğurluq etmək – gözəlliyə və xeyirə əlamət sayılır. Eyni zamanda yuxuda oğurluq edən adamın evinə oğru girməsindən ehtiyat edilir. Röyada görülən oğurluq oğrunun işləyəcəyi günahı ifadə etdiyi üçün zinakarlığa və yalana da yozulur.


Tarix: 11.03.2014 / 13:28 Müəllif: Ebulfez Baxılıb: 93 Bölmə: O hərfi
loading...