Yol gedirəm
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı…
Yol gedirəm, yorulanadək.
Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir… varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim…
Yol gedirəm, yol olanadək.
Tarix: 04.06.2015 / 17:49 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Nurəngiz Gün
loading...