Adətimiz daş idi dəva günü
Tullarıdıq əldə sapan qıjhaqıj.
Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf.
Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ;
İndi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart.
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cavan laybalay.
Tüf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zaman ilbəil!
Milləti-islam qırır bir-birin,
Allah aman, bu nə yaman qırhaqır!
Qardaşa bax qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər.
Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.
Böylə gedərsə Bakı əldən gedər,
Qalmaz о məvadə aman hiç, hiç!
Bari, xudaya, özün islah qıl,
Та edələr pirü cəvan sülh, sülh!
Tarix: 03.06.2015 / 14:25 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Mirzə Ələkbər Sabir