Adəmi adəm eyləyən paradır
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır,
Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın;
Atəşi-xanə suzi-millət ikən --
Hər kəsin səcdəgahıdır xakın;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Та ki, var əldə beş puçuq quruşun
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
Tarix: 03.06.2015 / 14:25 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Mirzə Ələkbər Sabir
loading...