Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüterləri lokal şəbəkədə necə birləşdirməli

Kompüterlərin
şəbəkə şəklində
birləşməsinin bir
necə əsas səbəbi
var:

1) İstifadəçilər
arasında
informasiya
şəbəkəsin
sürətləndirilməsi.

2) İş yerin tərk
etmədən
məlumatların
internetlə qəbulu və
ötürülməsi.


3) Lazımi
informasiyanın
dünyanın istənilən
nöqtəsindən ani
alınmasının
mümkünlüyü.

4) Müxtəlif proqram
təminatı altında
işləyən müxtəlif
firmaların istehsalı
olan kompüterlər
arasında
informasiya
mübadiləsinin
mümkünlüyü.


Gündəlik ofislərdə
istifadə olunan
kompüter
şəbəkələri əsasən
lokal şəbəkələrdir.
Lokal kompüter
şəbəkələri eyni
mühitdə və çox
böyük olmayan
ərazidə (bir otaq,
bir bina, bir
müəssisə və s.
daxilində) qurulan
şəbəkədir. Bu
şəbəkələrdə
kompüterlər
arasındakı məsafə
adətən 1-2 km-dən
çox olmur.

Lokal kompüter
şəbəkələri müxtəlif
struktur üzrə
qurulur. Lokal
şəbəkələrin bir necə
növü var şinlə
birləşmə, halqavari
və ulduzvari.
Şinlə birləşən lokal
şəbəkələr ən sadə
struktura
malikdirlər. Bu
strukturlarda bütün
kompüterlər paralel
olaraq şinə qoşulur.
Şin, kompüterləri
bir-birinə bağlayan
kabel sistemidir.
İnformasiya
paketlər şəklində
hər iki tərəfə
ötürülür.
İnformasiyanı
göndərmək istəyən
kompüter şinin boş
olub-olmamasını
yoxlayır.

Əgər şin boş isə kompüter
paketləri şinlə
ötürür. Bu sistem
əslində köhnəlmiş
hesab olunur və
hazırda demək olar
ki, istifadə edilmir.


Tarix: 22.02.2013 / 21:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Kompyuter texnologiyası
loading...