BIOS haqqında
Kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi-BIOS adlanır. BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.
BIOS-un açılışı Basic Input / Output System, yəni Əsas Giriş/ Çıxış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyaları baxımından fərqlənir.
BIOS sisteminizin ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir. Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna bilən bir ROM yaddaş qurğusunda qeydli olmasıdır.
BIOS proqramı, digər proqramlarınızdan fərqli olaraq istəsəniz imtina edə biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, bu səbəblə də hər ana platanın BIOS-u özünə məxsusdur.
Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çox köhnə proqramlardır. BIOS-un nüvə funksiyaları 1981-ci ildə çıxan IBM PC-yə əsaslanır və bu funksiyalar sisteminiz nə qədər yeni olursa olsun dəyişmir.
BIOS-un təyinatı
BIOS-un böyük hissəsi, sisteminizi qoşduqda işləyir, vəzifəsini tamamlayır və əməliyyat sisteminiz fəaliyyətə keçdikdə BIOS kənara çəkilir. Buna baxmayaraq vəzifəsi bitmiş sayılmır, çünki sistemin dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un məsuliyyətindədir. Sisteminizdə bir problem olmadıqda, ya da yeni taxdığınız bir təchizat, başqa bir təchizat ilə üst-üstə düşmədikcə BIOS arxa planda işləməkdədir.
İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi:
1.Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək bir səhv olub olmadığını təsbit etmək (Power On Self Test - POST)
2.Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq təzələmək
3.Sistem açıldığında bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar haqqında məlumat sahibi olmamasıdır, məsələn bir proqramın, yaddaşdakı müəyyən bir sahəyə baxaraq neçə GBlik bir disk istifadə etdiyinizi və neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara BIOS Data Area deyilir.
4.Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək
İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən diskin yerində olduğunu görəcəksiniz.
BIOS-un ilk funksiyası, sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS, prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı tamamlandıqdan sonra da idarəni digər proqramlara verir. Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan sonra əməliyyat sistemi fəaliyyətə keçir.
BIOS-a Daxilolma
BIOS-a daxil olmanın ən məşhur yolu, sisteminiz açılarkən DEL düyməsinə basmaqdır. Bəzi ana platalarda Setup ekranına çatmaq üçün DEL düyməsi yerinə ESC, F1 ya da F2 düymələrinə də basıla bilər, amma ən məşhur üsul DEL düyməsinə basmaqdır. Açılış zamanı BIOS, sisteminizdə olan təchizat komponentlərinə nəzarət edərkən, istifadə edilə bilən yaddaşı sayarkən və sabit diskləri (digər yaddaş cihazlarını da) taparkən klaviaturanızda olan xüsusi bir düyməyə basaraq BIOS nizam səhifəsinə girə bilərsiniz. Ümumiyyətlə bu əməliyyat [Del] düyməsinə basaraq edilir ancaq [F2] kimi digər düymələr də ola bilər. Əgər bütün üsulları sınayıb yenə də müvəffəqiyyətli ola bilmədinizsə kompüterinizin və ya ana platanızın istifadə etmə bələdçisinə baxa bilərsiniz. Kompüter açılmağa başladığı anda bu düyməyə bir ya da iki saniyə basmanız kafi olacaq. Hər şey olması lazım olduğu kimi işləsə BIOS yaddaş miqdarını saymağı bitirəcək və ana BIOS menyusunu açacaq. Əgər gözlənilən ekran gəlmədisə kompüterinizi yenidən işə salıb fərqli bir düyməni yoxlaya bilərsiniz. Məsələn, əksər kompüterlər [F1] və ya [Esc] düyməsini istifadə edir. Bəzən də [F2], [F10] və ya [Alt+F1] düymələrini sınamaq lazım gəlir.
BIOS Nizamlarını Dəyişdirmək
BIOS-un istifadəçini ən çox maraqlandıracaq qismi, əslində BIOS-un bir funksiyası kimi düşünülməmiş olan System Setup, yəni Sistem Nizamları qismidir. Bir çox ekrandan ibarət olan bu nizam sistemində, sisteminizin bir çox hissəsi ilə əlaqə yarada bilər, prosessor və yaddaş sürətindən, modeminizin istifadə etdiyi IRQ-yə qədər hər detala müdaxilə edə bilərsiniz.
BIOS proqramı: Variantlar arasında gəzmək üçün ox düymələrini istifadə edin, istədiyiniz menyuya girmək üçün Giriş (Enter) düyməsini basın. BIOS menyusundakı bir varianta çatmaq üçün ox düymələriylə istədiyiniz başlığı seçili hala gətirin. Giriş (Enter) düyməsinə basdığınızda bir alt menyu qarşınıza gəlir. Seçdiyiniz nizamla əlaqədar seçkini dəyişdirmək üçün müsbət [+] və ya mənfi [-] düymələrini istifadə edə bilərsiniz, [Page Up] və [Page Down] düymələri də eyni işi görəcəklər. Ana menyu ekranından alt menyulara çata bilmək üçün bu üsulu istifadə edə bilərsiniz, bəzi alt menyuların da altında özlərinə aid alt menyular ola bilər, istədiyinizi nizama çatmaq üçün getdiyi yerə qədər getməlisiniz.
Alt Menyuları açmaq: Çox variant [+] və ya [-] düymələrinə basılaraq dəyişdirilə bilər. Bəzi nizamlarda isə menyu içində gəzişərək variantlar arasında seçki etmək lazım ola bilər.
BIOS səhv siqnalları
Fasiləsiz Səs - Güc qaynağı xətası,
Bir çox qısa bip - Ana plata xətası,
1 uzun - Yaddaş təzələnilməsində səhv,
1 uzun 1 qısa - Ana plata və ya BIOS çipi xətası,
1 uzun 2 qısa - Ekran kartı səhvi, (əsasən köhnə kartlardakı DIP switch əsaslıdır)
1 uzun 3 qısa - Ekran kartı səhvi,
2 uzun 1 qısa - Ekran kartı səhvi, (RAMDAC əsaslı)
2 qısa - Yaddaş parity səhvi,
3 qısa - Yaddaşın ilk 64kb-lıq hissəsində səhv,
4 qısa - Timer səhvi,
5 qısa - Prosessor səhvi,
6 qısa - Klaviatura prosessoru səhvi,
7 qısa - Prosessor səhvi,
8 qısa - Ekran kartı yaddaşında oxuma/yazma səhvi,
9 qısa - BIOS ROM səhvi,
10 qısa - CMOS oxuma/yazma səhvi,
11 qısa - Tampon Yaddaş Səhvi.
BİOS Nizamları
Menyu başlıqları ana platanızın markasına görə dəyişə bilər amma ümumiyyətlə eynidirlər.
CMOS Setup Utility
ADVANCED BIOS FEATURES
ADVANCED CHIPSET FEATURES
INTEGRATED PERIPHERALS
POWER MANAGEMENT SETUP
PNP/PCI CONFIGURATİONS
PC HEALTH STATUS/HARDWARE MONITOR
LOAD FAIL SAFE DEFAULTS
LOAD OPTIMIZED DEFAULTS
SET SUPERVISOR & USER PASSWORD
SAVE AND EXIT SETUP
EXIT WHITOUT SAVING CMOS: BIOS məlumatlarını saxlayan yarı keçiriciyə verilən addır. (Complementary Metal Oxide Semiconductor). BIOS Setupu ilk açdığızda ekrana gələn menyuya da CMOS Setup adı verilir. OK düymələri ilə buradakı seçimlərdən birinin üzərinə gəlib enter düyməsinə basdığınızda ya alt menyulara keçilir, ya da bu seçimlər onsuz da öz başına bir əmrdir; bu əmr yerinə yetirilir. BIOS Setupun bütün pəncərələrində olduğu kimi bu pəncərədən də Esc düyməsinə basılaraq çıxa bilər və ya F10 düyməsinə basaraq etdiyiniz dəyişiklikləri yazaraq çıxa bilərsiniz.
Standart CMOS Setup
Əsas Menyudan bu bölməyə girdiyinizdə, əsas sistem nizamları və sistem saatı ilə əlaqədar seçimlərlə qarçılaşacaqsınız. Bunların funksiyaları aşağıda təqdim edilmişdir.
Date/Time : Sistem saatını və tarixini buradan nizamlaya bilərsiniz.
Sərt Disklər : BIOS və ana platalar 4 IDE driver-e (sərt disk və ya CD-ROM) dəstəkləyir. IDE disketlərinizin nizamlarını "Hard Disks" adlı bu bölmədə görə bilərsiniz.
Disk Driver-lər : Bu bölmədən disket driver-inizin tipini seçəcəksiniz. Bir disket driver-iniz varsa bunu 1.44M, 3.5 olaraq seçə bilərsiniz. Digər disket driver-i (Drive B) isə "Not Installed" (Qurulmamış) olaraq buraxılır.
Halt-On : POST, yəni BIOS-un həyata keçirdiyi təchizat testləri əsnasında bir təchizat səhvi ilə qarşılaşılsa sistem dayanır. Halt-On seçimi ilə bəzi səhvlərin diqqətə alınmamasını, POST əməliyyatının davam edərək sistemin açılmasını söyləyə bilərsiniz. Bu seçimlər aşağıdakı kimidir:
• No errors POST heç bir səhvdə dayanmır.
• All errors BIOS bir səhv təsbit etdiyində dayanır və sizə bu səhvi düzəltməyiniz üçün xəbərdarlıq edir.
• All, But Keyboard POST klaviatura səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But Disketdə POST disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But disk/Key POST klaviatura və disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
Yaddaş Məlumatları : Bu sahədəki məlumatlarda dəyişiklik edə bilməzsiniz. Burada ənənəvi (base), genişləndirilmiş (extended) və digər yaddaş tutumları haqqında məlumat iştirak edir.
BIOS Features Setup
CPU Internal Core Speed : Bəzi ana platalarda istifadəçinin sürəti görünür. (233MHz, 300MHz kimi). Yeni Abit, Chaintech kimi ana platalarda bu bir seçim olaraq verilmişdir və prosessor sürətini BIOS proqramından nizamlamanıza icazə verir.
Virus Warning : Bu seçim Boot virusları üçün gözəl vasitədir.
CPU Internal Cache : Çox istifadə edilən bəzi məlumatlar müəyyən müddətlik sürətli operativ yaddaşda tutula bilər. Beləliklə, bəzi əməliyyatlar daha sürətli həyata keçirilir.
BIOS Update : BIOS yeniləmə modulunun prosessora lazımlı məlumatları çatdırmasını təmin edir. Enabled mövqeyində olmalıdır.
Quick Power On Self Test : POST əməliyyatının 4 dəfə yerinə (bəzi PClərdə 3 dəfə) bir dəfə edilməsini təmin edir.
Boot Sequence : PC-niz açıldıqda BIOS-un əməliyyat sistemi üçün öncə hansı driver-ə baxması lazım olduğunu bildirir.
Gate A20 Option : Bu seçim, sistemin 1 MB-dan çox genişlənmiş yaddaşı (extended memory) necə istifadə edəcəyi ilə əlaqədardır.
Security Option : Sisteminizə və BIOS Setupdakı nizamlara başqalarının girə bilməməsi üçün BIOS Setupdan şifrə qoya bilərsiniz .
CHIPSET Features Setup
Ana platanın chipseti ilə əlaqədar nizamlar bu hissədə olur. Çox ana platada olan chipset və yaddaş nizamları ilə əlaqədar seçimləri bu bölmədə izah edəcəyik.
EDO Avto Configuration : EDO RAM ilə əlaqədar texniki məlumatlar saxlayan nizamları olduğu kimi buraxmanız məsləhətdir.
SDRAM Configuration : Sisteminizdə SDRAM tipində yaddaş istifadə edirsinizsə yaddaşlarınızın sürətini burada təyin edə bilərsiniz.
8/16 Bit I/O Recovery Time : 8 və 16 bitlik ISA kartlar üçün zamanlama.
CPU Warning Temperature : Prosessor istiliyi neçə dərəcəyə gəldikdə sistemin siqnal verəcəyini təyin edir.
POWER Management Setup
Bu bölmədə sisteminizin enerji istifadəsini azaltmaq üçün nizamlar var.
Power Management : Nizamı "Max Saving"-ə gətirsəniz sistem qısa bir vaxt istifadə edilmədən dayansa enerji qənaət rejiminə keçəcək. "Min Saving"də də eyni əməliyyat olur amma bu dəfə sistem enerji qənaət rejiminə daha uzun müddətdə keçir.
Video Off Option : Bu seçim monitorun nə vaxt enerji qoruyucusunun qənaət edə biləcəyini göstərir.
Video Off Method : Monitorun nə şəkildə asqıya alınacağını təyin edir.
PM Timers : Bu bölmədə diski enerji qənaət rejiminə keçirən "HDD Power Down" vaxtı, və sistemin Yuxu, Gözlətmə və Təxirə salma (Doze, Standby, Suspend) rejimlərinə keçmələri üçün lazımlı vaxtlar nizamlana bilər.
Power Up Control : Sistemin nə vaxt avtomatik açılacağı təyin olunur.
Automatic Power Up : Sisteminizin günün təyin etdiyiniz saatlarında avtomatik olaraq açılmasını təmin edir.
PNP/PCI Setup
Bu pəncərədə BIOS-u istifadə etmək yerinə PCI məlumatları nizamlayaraq Qoş-İşlət (PnP) əməliyyat sistemlərindən faydalanmaq üçün lazımlı seçimlər olur. Nizamların qarşısında "Yes" seçilmişsə əməliyyat sistemi cihazla əlaqədar kəsmələri özü nizamlayır.
Resources Controlled By : Qoş-İşlət funksiyasını dəstəkləyən BIOS-lar bütün boot əməliyyatlarını və Qoş-İşlət cihazları idarə edə bilər.
Load BIOS Defaults
BIOS nizamları ilə əlaqədar hər hansı ciddi bir problem ilə qarşılaşdığınızda istifadə edilir.
Load Setup Defaults
Bu BIOS-un zavod nizamlarını yükləyir.
Supervisor/User Password
Supervisor Password, həm BIOS Setup-a həm də sistemə şifrə qoyur.
HDD Low Level Format : Bəzi BIOS-larda olan bu seçim sabit diski aşağı səviyyəli format edir. Çox təkrarlanması diski poza bilər.
Save & Exit Setup
BIOS Setupda etdiyiniz dəyişikliklərin heç biri BIOS-a yazılmadan dövrəyə girmir. Bu seçimə 'Enter' vurub Y düyməsinə basaraq etdiklərinizi yazacaq və təkrar sistem açılışına geri dönəcəksiniz. Etdiyiniz dəyişiklikləri yazmadan əvvəl bir səhv etmədiyinizdən əmin olun.
Exit Without Saving
Etdiyiniz dəyişiklikləri yadda saxlamadan, yəni bu dəyişiklikləri fəaliyyətə keçirtmədən BIOS Setupdan çıxmaq üçün bu seçimin üzerinə gəlib Enter düyməsini basın.
Tarix: 18.01.2013 / 03:35 Müəllif: [Ram] Baxılıb: 991 Bölmə: Kompyuter texnologiyası