Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarışıqlar

İki və daha çox qarışıq maddənin kimyəvi xassələrini itirmədən əmələ gətirdiyi sistem qarışıq adlanır.
Eynicinsli qarışıqlar
Xassələri hər yerdə eyni olan qarışıqlardır. Tərkibindəki hissəciklər gözlə və ya optik cihazlarla görünmür. Buraya daxildir:
Məhlullar (şəkərin suda məhlulu)
Ərintilər (bürünc, polad, çuqun)
Qaz qarışıqları (hava, tüstü)

Müxtəlifcinsli qarışıqlar

Xassələri hər yerdə eyni olmayan və tək bir maddə kimi görünməyən qarışıqlardır. Buraya daxildir:
Suspenziya: bərk-maye qarışığıdır. Təbaşir tozu-su kimi
Emulsiya: maye-maye qarışığıdır. Maye yağ-su, süd və s. kimi.

Qarışıqların xassələri:
Tərkibindəki maddələrin xassələri dəyişmir.
Fiziki üsullarla tərkib hissələrinə ayrəlır.
Ərimə və qaynama temperaturları sabit deyil.
Formulları yoxdur.
Tərkibi sabit deyil.

Eynicinsli qarışıqları ayırmaq üçün:
Buxarlandırma
Kristallaşdırma
Distillə
Xromotoqrafiya kimi üsullardan istifadə edilir.

Müxtəlifcinsli qarışıqları ayırmaq üçün:
Durultma
Süzmə
Maqnitlə təsir etmə üsullarından istifadə edilir.


Tarix: 08.12.2014 / 13:34 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Kimya
loading...