Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddələrin təsnifatı və xassələri

Təbiət elmlərindən biri olan Kimya — maddələr və onların çevrilmələri haqqında elmdir.
Kimyada maddələrin tərkibi, quruluşu, xassələri, kimyəvi çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan proseslər öyrənilir. Ətrafımızda müxtəlif cisimlər maddələrdən əmələ gəlmişdir. Hər bir maddə müəyyən kütlə və həcmə malikdir.
Məddələri bir-birindən fərqləndirən və onların oxşar cəhətlərini müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.
Əsasən maddələrin iki xassəsini ayırd edirlər:
I Fiziki xassələri — aqreqat halı, rəngi, sıxlığı, ərimə və qaynama temperaturu, istilik keçirməsi, elektrik keçirməsi, iyi, dadı, suda həll olması və.s.
II Kimyəvi xassələri — başqa maddəyə çevrilməsi, digər maddələrlə qarşılıqlı təsirdə olması.

Maddələrin təsnifatı

Maddələr müxtəlif əlamətlərinə görə təsnif olunurlar:
Aqreqat halına görə: bərk, maye, qaz halında olan maddələr:
Buz (bərk) → su (maye) → bu buxarı (qaz)

Fiziki xassələrinin sabitliyinə görə: saf maddələr və qarışıqlar.
Tərkibinə görə: bəsid və mürəkkəb maddələr və s.


Tarix: 08.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Kimya
loading...