Bir hakimi haqsızlıq və zülm edən görmək-o şəhər əhalisinin ölçüdə-çəkidə bir-birilərini aldatdığını, düzgünlüyün gözlənmədiyini göstərir. Şikayətlə hakimə müraciət etmək və hakimi bu şikayəti ədalətlə, insafla yoluna qoyması-röya sahibi düşməndən haqqını tamamilə ala biləcəkdir. Bu röyanı görən zərərdədirsə, yaxud məğlub olandırsa-üzüntülərinə son qoyulacaq. əgər hakim ədalətli qərar çıxarmazsa, röya sahibi düşmənindən haqqını tamamilə ala bilməyəcəkdir. Röyada özünü hakim və ya namuslu bir bilgin (alim) donunda görmək-şöhrətə, bərəkətə, xoşbəxtliyə qovuşacaqsınız. Müsafir bu cür yuxu görərsə, yolu bağlanacaq. Röyada hakimin üzünü xoşbəxt və gülər görmək-şikayət və tələbiniz xoş sonluqla bitəcəkdir. Hakimin oturduğu yeri, onun kürsüsünü görmək-fəryad və fəğana, düşmənçiliyə işarədir. Bu röyanı görən xəstənin ağrıları şiddərlənəcək. Xəstə adam hakimi onun xeyrinə hökm çıxaran görərsə, bu yuxu onu n vəfat edəcəyinə işarə sayılır. Bəzən hakim həkim kimi də yozulur.
Tarix: 01.01.2014 / 20:19 Müəllif: Ebulfez Baxılıb: 111 Bölmə: H hərfi