Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Hörümçək toru görmək

Hörümçək toru – dolaşıqlıq, hiylə, satqınlıq, rəzalət əlamətidir. Hörümçək toru bürümüş tavan görmək müalicəsi çətin olan xəstəlik, güclü baş ağrılarına işarədir. Günəşin şüaları altında işıq saçan uçan hörümçək toru görmək erkən payızla izah edilir. Hörümçək torundan çıxa bilməyən insan görmək insanların həyatını çətinləşdirəcək, fəlakət gətirəcək qanunun tətbiq ediləcəyinə işarədir. Yuxuda paltarları hörümçək torunu xatırladan insanların şənlik etdiyini görmək -istənilən paltarı əvəz edəcək yüngül parçanın ixtira olunmaq imkanının olacağına işarədir. Yuxuda qartalın hörümçək torunun içərisində iri bir hörümçəklə mübarizə apardığını görmək Rusiyanı əhatə edən xoşagəlməz hadisələrin olacağına işarədir. Şəhəri bürüyən və tədricən günəşin qarşısını tutan hörümçək toru görmək o deməkdir ki, Yaponiya ərazilərin bölüşdürülməsi üzrə iddialara başlayacaq, lakin münasibətlə kəskinləşərək çoxdan qurulmuş əlaqələr dağılacaq.


Tarix: 01.01.2014 / 19:39 Müəllif: Ebulfez Baxılıb: 1640 Bölmə: H hərfi
loading...