Atası
Əsas məqalə: Səlim xan
Səlim xan 1795 — 1797 və 1805 — 1806-cı illərdə Şəki xanı olmuşdu. O, 4 noyabr 1806-cı il tarixdə, iqamətgahı Nuxa qalasının ruslar tərəfindən döyüş yolu ilə tutulmasından sonra hakimiyyətini itirmiş, əvvəl İrana, sonra isə Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat etmişdi.
Qardaşları
"Şəki xanlarının nəsil şəcərəsi"ndə həm də qeyd edilmişdir ki, Hüseyn xanın qardaşı Hacı xan nə vaxtsa İranda Kirmanşahın qubernatoru imiş və həmin şəhərin yaxınlığındakı Kerend kəndinin adamları tərəfindən öldürülmüşdür. Hüseyn xanın digər qardaşı Süleyman xan isə rus ordusunda xidmət etmiş, Varşavada vuruşmuş və polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Oğlanları
Əsas məqalə: Məşədi Məmməd/İsgəndər xan
"Şəki xanlarının nəsil şəcərəsi"ndə Hüseyn xanın Əbdül xan, Qasım xan və Cəfər xan adlı oğlanlarının olması göstərilir. Nəsil şəcərəsində adı qeyd edilməmiş digər oğlu - Məşədi Məmməd/İsgəndər xan isə Şəki xanı olmağa iddialı idi və hətta 1838-ci ildə Nuxa şəhərini tutub qısa bir müddət ərzində də olsa əlində saxlaya bilmişdi.
Tarix: 08.01.2015 / 02:01 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Hüseyn xan (Şəki xanı)