Şəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir. Hacı Cəmil tərəfindən tərtib olunmuş "Şəki xanlarının nəsil şəcərəsində" isə qeyd edilib ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində dünyasını dəyişmişdir
Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür:
"Şəki xanı Hüseyn xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən şahzadənin (–Abbas Mirzənin) bütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: "Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyr, savaş mənim üçün hələ bundan belə başlayır.".
Tarix: 08.01.2015 / 02:00 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Hüseyn xan (Şəki xanı)