Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkdiyiniz üçün təşəkkürlər (film, 2005)

Siqaret çəkdiyiniz üçün təşəkkürlər — 2005-ci ildə ABŞ-da çəkilən film.

Süjeti

Filmin baş qəhramanı Nik Neylor adlı karyerasının ən parlaq dövrünü yaşayan biridir. O böyük bir siqaret şirkətinin mətbuat katibi olaraq siqaret istehsalçılarının və siqaret çəkən insanların hüquqlarını müdafiə edir. Onun işi o qədər də asan deyil. Çünki o, hər kəsin bildiyi “Siqaret sağlamlıq üçün təhlükəlidir.” fikrinin tam əksini iddia etməyə çalışır. Əlbəttə buna görə onun qarşısında çox problemlər dayanır. Əsasən də insanların sağlamlığı barədə qurulan təşkilatlar və Amerika senatorlarından biri. Lakin Nik öz işini çox ustalıqla bacarır.

Filmin çox maraqlı, ustalıqla qurulmuş ssenarisi var. Baxarkən həm güləcək, həm də düşünəcəksiniz. “Siqaret çəkdiyiniz üçün təşəkkürlər” filmi Amerikada son illərin ən yaxşı komediya filmlərindən sayılır. Film sizə bir növ “99 Frank” filmini də xatırladacaq.

Film haqqında

Amerika istehsalı olan film 2005-ci ildə Ceyms Reytmanın rejissorluğu ilə çəkilmişdir. Filmin ssenarisi Kristofer Bukleyin eyni adlı romanı əsasında ekranlaşdırılmışdır. Baş rollarında Aoran Ekxart, Kamerun Brayt, Mariyo Bella kimi aktyorlar oynayıb.


Tarix: 19.02.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Filimler
loading...