Gәcә zәnglәri – Faiq Ağayev
Sәni bir qaranlıq gecәnin
Zәngi apardı bu dünyadan…
Bәlkә bu gecәnin zәngini
Tәskinlik üçün uydurmuşam.
Yoxluğuna mәn inanmadım,
Çox yalvardım, ana, çox sәnә.
Güc gәlә bilmәdi harayım
Gecәnin bu bәd xәbәrinә!..
Allah bu günahımı bilsә
Bağışlamaz heç zaman mәni.
Qoruya bilmәdim ölümdәn
Nә atamı, nә dә ki sәni…
Atamın könlünü al, ana,
Bәlkә soyuyar bir az kini,
Mәn dә bir gün sәnin yanıma
Hәmşәlik gәlәnә kimi…
Deyirlәr, İnsan sönәndә
Talehinin ulduzu axır…
Bәs niyә göylәrin üzündәn
Mәnә bir tәzә ulduz baxır?
Niyә ana?
Tarix: 22.01.2015 / 18:12 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Faiq Ağayev
loading...