Dakodje – Və bil Lyrics
Verse1.
2009, 30 aprel və terror günləri..
Televizordan uydurulan nağıllar yəni doğrudu?
1582 30 aprel Qriqorian təqvimi..
121-ci ən uzun gün, beyinləriniz sorğuda!
Xəbərlər qışqırır, rəsmi məlumat 12 ölü!
Amma yenə saxtakarlıq, universitet qan gölü,
Axmaq bil indi axan qanlarda qurudulur..
Və 3 il sonra, görünür hər şey unudulur!
Bütün generallar, baş sağlıqları, tost qaldırdıqları,
Gizlin ittifaqları, qaranlıq otağları..
Yeyiblər qaz əttini bizə sümük tulladığları..
İsa bizik Allah onlar və biz gördük çarmıxları!
Əllə tutub boğurlar dövlət adıyla bağırtıları..
Liderlər, yeni vədlər, ciddi sifətlər altda kin və nifrətlə..
Üstdən yağladıqları, MTN, FHN hörmətlə..
İctimai palata, soydaşlar, abadlıq söhbətdə..
Nəqarət
Və bil, onlar satacağ pula görə torpağları qucağ-qucağ..
Və bil, biz oyuncaq, oturacağ oynayacaq-oynayacaq..
Və bil, bu ocağ, bu bucağ mənasız sinəmizdəki al sancağ!
Al sancağ qarabağa bayrağı elə bu gün görən kimin vecinə olacaq?!
Verse 2.
Laçın, qaçın, köçün, azad edin buranı..
Ayaq-yalın və palçıq, buzdan sirat tək keçmələr!
Efirdə altıağac ya izdivac reklamları!
Sükut! Kimlərsə pulların yeyir hardasa isveçrədə!
Nə olsun ölür uşaqlar zato indi rahatlıq..
Bakıda abadlıq, yox, gayparad gəlir..
Üzümüzə tüpürürlər zato su aydınlığ..
Edirlər Allahlığ, və aclığ və bakı xarabalığ!
Sürətli inkişaf tempimiz əsəblərimə toxunur,
Gördükcə küçələrdə diktator rejimin!
Və sabah görsəz xəbərlərdə yol qəzasına,
Qurban getmişəm, bil yalandı, mən qurbanı dilimin!
Çünki susmaq lazım, qan qusmaq istirham!
Alıram sizdən ilham demokratia arxasında!
Bu track istefam! Ya da bəlkə istehzam!
Unutmaq lazım və güya hər şey qaydasında!
Tarix: 23.01.2015 / 14:32 Müəllif: Aziza Baxılıb: 178 Bölmə: Dakodje [ A Team ]