Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dakodje [A Team] – Portre

Dakodje [A Team] – Portre Lyrics

Gör ki, nə qədər çətinmiş özünü anlatmaq,
Baharların əvəz olunanda qızıl payızlara…
Hərflərlə ifadə edəcəyin bir məna tapmaq,
İstilərin qurban gedərkən ayazlara.
Nə qədər çətinmiş, bu qədər kəlimələr içində,
Özünü anladacağ bir cümlə karvanı taparkən,
Özünü anlatmaq, özünü anlatmaq,
Anlamadığını görüb içdən qırılmaq.
O anlamayacaqdı onsuzda, ömür keçərdi onsuzda,
Amma sən, özünü təsvir edə bilməzdin “O”nsuzda…
Hər gözə bir sehirbaz, hər qulağa bir şeirbaz,
Ümüdlərlə yaşaya bilər, o qalsa doğrusuzda.
İçindən keçən bir çat səsi bürüyər hər yanı,
O qədər bağırtılarla keçən ömürlərdə.
Köhnə bir piano və onun sədasında ağrı,
Köhnə lentlər fırlanır geriyə dönüşlərdə.

[ Chorus ]
Xoşbəxtliyə son verdi ömür,
Dumanlarla doldu göz önü,
İçində bir qəlb, bir şam sönür,
Ölüləri qorxuzmur ölüm!

Öz etdiyi səhvlər idi, deyəsən başındakı buludlar,
Ağrılar cismindən başqa hər yeri unutdular,
İntiharları ağlında özləri etdilər intihar,
Günləri çərçivədə, dörd tərəfində hasar.
Məzar, sıxılır, oyanıb görür doğma çarpayı,
Üzərinə yağışlar köynək tikir yanvar ayı,
Sayır hər keçən günü çiynindəki mələyi,
Onu çiyninə məhbus etdilər, o kimin gərəyi?
Pəncərə, buz mənzərə, dolmuş gözlərdən baxış,
Yadında, uşaqlıq, qartopu, məktəb, ilk sevgi,
Onun saçına qar ələnir, üzünə qırış çəkir naxış,
Onu qocaltmışdı fənafillah, verdiyi itgi.
Gözü önündən keçir, həyat səndələyə-səndələyə,
Və yenə yağır yağış, onun gözlərindən göylərə,
O unutmur heçnəyi, o unutmadı sevdiyin,
Tək həyat və tək yaşa, bu da tək öyrəndiyi.


Tarix: 23.01.2015 / 14:32 Müəllif: Aziza Baxılıb: 270 Bölmə: Dakodje [ A Team ]
loading...