Ya rəbbim
Gedibdi ömürdən dünüm zamanım
Qalmayıb heç nəyə indi gümanım
Tələsirəm yoxdu vaxtım amanım
Yalanlar içində əyildi qəddim.
Tələsirəm dərgahına Ya rəbbim.
Nə gördümsə gördüklərim bəs edir
Öz içimdən mənə kimsə səs edir
Yorulmuşam şeytan artıq vəsf edir
Gün günün ardınca çoxalır dərdim.
Tələsirəm dərgahına Ya rəbbim.
İstəmirəm qayıdım o, illərə
Apar məni öz bildiyin yerlərə
Bir söz olum könüllərə, dillərə
Tək o, zaman sevinərdim gülərdim
Tələsirəm dərgahına Ya rəbbim
Tarix: 26.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: DİNİ ŞEİRLƏR
loading...