Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

DİNİ ŞEİRLƏRBizə şeytan nə gərək?!

Ey Xuda işvə qarışsamda məni əhv elə sən
Özümüz bəs edirikdə bizə şeytan nə gərək?!

Biz müsəlman vururuq bir-birini öldürürük
Bunun üçün bizə düşman yada şeytan nə gərək?!

Hər günü həsr edirik bir yalana dünyaya
Mənim tək günahkara cənnəti rizvan nə gərək?!

Ya Rebb sən özün əhv elə bu qullarını
Köməy olginən bizə bizdə bu həqq yolunu gedək! Ardı »

DİNİ ŞEİRLƏRƏzəldən belədir

Əzəldən belədir hava da, su da,
Gül açır, sovulur bu çöl, bu çəmən.
Min ildir insanlar qızınır oda,
Zirvə də həməndir, qaya da həmən.

Min ildir ulduzlar səpilib göyə,
Bahardır şaxtalı qışın qənimi,
Dayanıb yolunu gözləyim deyə,
Gəlmişəm dünyaya bənövşə kimi.

Günəşli olmayıb ömrümün yolu,
Əzəldən dünyaya qəmli gəlmişəm.
Gözlərim tox olub, ürəyim dolu,
Allahımı gətirib, mənmi gəlmişəm.

Bulaqlar oxuyur dərələr boyu,
Üz tutub yol gedir dənizə sarı.
Günəşi həmindir, həmindir ayı,
Ölməzdir Allahın yaratdıqları.

Bir bahar bölünüb çiçəyin payı,
Geciksə, düşəcək boranlı qışa.
Nədəndir insanlar günləri sayır,
Hər ömür, sonluğu qəmli tamaşa.

Al günəş nur saçır yamaca, yala,
Gur yağış torpağı gətirir cana.
Üz tutub düşmüşəm bu qəmli yola,
Baş alıb gedirəm ölməkdən yana.

Dənizi yosunlu, göyləri aydın,
Yer üzü bələnib çiçək ətrinə.
Bəlkə də, gəlməzdim Ardı »

DİNİ ŞEİRLƏRBu dünyanı dəyiş YA REBB

Gedib veten, gedib torpaq.
Bu dünyanı deyiş YA REBB.
Ne xeber var, ne de soraq,
Bu dünyanı deyiş YA REBB.

Insanlıq da gözden düşüb,
Haqq, nahaqa pis ilişib.
Zemanemiz cox deyişib,
Bu dünyanı deyiş YA REBB.

Hörmet yox Ata, Anaya.
Nahaq işler gelmir saya.
Hörmet qalmayıb qocaya,
Bu dünyanı deyiş YA REBB.

Çoxu dinden uzağlaşır,
Pis emelle heddin aşır.
Körpeler eşqden danışır,
Bu dünyanı deyiş YA REBB.

“Qardaş” sevir öz bacısın,
Cekmeyir vicdan acısın.
Itirir arın, namusun,
Bu dünyanı deyiş YA REBB.

“Kişicikler” qadınlaşır,
Kişilerle qucaqlaşır.
Bezileri oğraşlaşır,
Bu dünyanı deyiş YA REBB.

Exlağsızlığlar çoxalır,
Don’lar get gede qısalır.
Heya, ismet, ar azalır,
Bu dünyanı deyiş YA REBB.

Pul olub coxunun yarı,
Pula göre atır arı.
Çirkinlikle yığır varı,
Bu dünyanı deyiş YA REBB.

Müselmanığ, birdi aye,
Ayırırlar bizi niye?
Din bölünüb sünni, şie
Bu dünyanı Ardı »

DİNİ ŞEİRLƏRQardaşım namaza nə vaxt gəlirsən?

Qardasim sene men sozumu deyim,
Duzgun yasamaqcun dogrunu deyim,
Inanki,heyatda var bir imanim
Allaha ibadet etmelisen sen
Qardasim namaza ne vaxt gelirsen?
Dinmizin zirvesi Muqeddes Namaz
Namaz qilanlarin derdleri qalmaz
Insan menliyini temizler Namaz
Subut etmelisen kafir deyilsen
Qardasim namaza ne vaxt gelirsen?
Agizda demekle hec bir is olmaz
Emelde etmesen bir xeyri olmaz
Dogrunu etmesen Allah ucaltmaz
Gel duzgun yola gel ey qardasim sen
Qardasim namaza ne vaxt gelirsen? Ardı »

DİNİ ŞEİRLƏRQeybətçil insanlara

Hər kəsin adına o qara yaxır
Özünün səhvinə elə kor baxır
Hər sözün sonuna bir quyruq taxır
Həyatı kirlədir qeybətçil insan.

Hamıya yalandan məlumat verir
Kiminsə xeyrini onlar istəmir
Hər kəsdən yaxşısı özüməm deyir
Həyatı kirlədir qeybətçil insan.

Tanrının önündə hesab verəcək
Cəhənnəm odunu onlar görəcək
Necə günah olduğunu onda biləcək
Həyatı kirlədən qeybətçil insan. Ardı »

DİNİ ŞEİRLƏRNamaz........

Ən zalım insanın da,arzularından biri,
Xeyir əməllər edib,namaz qılmaq deyilmi?
Günah əməlləri poz,yerinə yaz xeyiri..
Dəstəmazı doğru al,doğru qıl namazını,!
Doğrularla ibrət ol,məzlum eylə zalımı…

Səssizliyin sorağı duyulmaz,asimanda.
Səssiz dua,hay salar asimana,imanda,
Bu möcüzə önündə,susaraq səsli hay da,
Səssizliyə qovuşar,namaz ilə baş-başa.
Bu eşqə aşiq olar,hər kim etsə tamaşa.

Allah ilə namazı,bağlayan iman bağı,
Nəfsin önündə duran,haqqların sıra dağı.
O dağı xəlvət aşıb,olma özünə yağı,..
Keçilməz etmək üçün,haqqın sıra dağını,
Namaz qılaraq-möhkəm bağla,iman bağını.! Ardı »

DİNİ ŞEİRLƏRƏsma-Ül-Hüsna 2-ci hissə

Əl-Vitr,heç zaman tənhayam demə.
Tənhalıq yalnızca,Allaha məxsus.
Əl-Həfiyydə daim,sevgi var bizə.
Sevgisiylə müqəddəsdir,Əl-Qüddus.

Əl-Məcid,tək sənsən,şöhrətli,şanlı
Şöhrətiylə öyünsə də,camaat.
Ummuruq onlardan əl,onlar da,canlı
Ehtiyyacı həll edər,Qaziyul-Hacat.

Əs-Səmi eşidir,qeybət eyləmək,
Günahdır etməyin,başınız boşdur?
Ölü qardaşının,ətini yemək,
Qeybət eyləyənə,necə də,xoşdur.

Əl-Mühit,hərşeyi əhatə edən.
Aləmlərin Rəbbi,uca Allaha,
Gedən yolda,ayağı yalın gedən,
İnsanlar:yol verdikdə günaha,
Qəlbinizin,dərinliyinə baxın.
Əl-Qərib,qürbətdə qəribə yaxın.
Əl-Vəliy,Əl-Mövla,həm dost,həm ağa. Ardı »

DİNİ ŞEİRLƏRDini şeir

Allah möhtac etmə bizi kimlərə?
Dini tapdalıyan o zalimlərə,
Düşsəndə elindən uzaq ellərə,
Dua et yalvar sən təkcə Allaha.

Yıxıldın çalışki özün durasan,
Dünyada bir işin olmasa asan,
Sən çalış şeytannan uzaq qaçasan,
Dua et yalvar sən təkcə Allaha.

Düşdüsə bir işin sənin cəncələ,
Uca yaradana sən dua elə,
Deyirsən çətindi deyirsən belə,
Dua et yalvar sən təkcə Allaha.

Günahkar bəndəsən səndə mənim tək
Tövbə et dinə gəl səndə mənim tək
Qurban de canıvı dinə mənim tək
Dua et yalvar sən təkcə Allaha.

Şükür eylə səndə gözəl Allaha,
Qəlbini sən çalış bağla Allaha,
Hər qüssə dərdini söylə Allaha,
Dua et yalvar sən təkcə Allaha. Ardı »