Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey Dan Ulduzu

Qaranlıq gecədə səni gözləyib ,
Durmaqdan yoruldum , ey dan
ulduzu!
Uzaq üfüqlərə göz
gəzdirməkdən
Az qala kor oldum ,ey dan
ulduzu!
Öksüz taleyim təki gecikdin
nədən?
Karvanqıran
doğdu ,görünmədin sən.
Oxşatdım,yanıldım könül
verdim mən,
Bilmədən vuruldum, ey dan
ulduzu !
Arxasınca qoşdum sonsuz bir
yola,
Hər addımda tuş gəlincə bir
kola,
Qaranlıqda çox baxındım sağ-
sola,
Hər yana buruldum,ey dan
ulduzu!
Büsbütün yorulub gücdən
düşərkən,
Bir ulduz parladı uzaq üfüqdən.
Bu görünən səndin,artıq gəldin
sən,
Axır səni buldum,ey dan ulduzu!


Tarix: 19.11.2013 / 03:42 Müəllif: Akhundoff Baxılıb: 161 Bölmə: Cefer Cabbarli
loading...