Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecikmiş Məhəbbət

Sən gizli gəlmisən ömrümə inan,
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən ağır yuxu sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.


Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.


Uzaqdan göz qoyub, gözünə sənin,
Sanki, görəcəyəm Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin,
Əzbərləyəcəyəm yollarını mən.


Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm.
Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.


Səni röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm.
Sən məni, heç zaman duymaycaqsan,
Mən bütün ömrünü izləyəcəyəm.


Sən mənə, məhəl də qoymayacaqsan,
Mən səni, həmişə səsləyəcəyəm.
Hər gün,mənim üçün doğulacaqsan,
Hər gün, mənim üçün yox olacaqsan,


Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.
Mən sənin adına hər saat, hər an,
Qəlbimdə məktublar yollayacağam.


Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç vaxt yadında qalmayacağam.
Beləcə, həsrətlə qalacağam,
Keçib hər alovdan, keşib hər oddan.


Böyük əzabından şad olacağam,
Sən mənə, həyatda ən doğma adam.
Mən sənə yaddan da yad olacağam,
Sən ömür edəcəksən ayrı adamla.


Mən kiməm, nəçiyəm bilməyəcəksən,
Bir gün bu dünyadan sənin adınla.
Köçüb gedəcəyəm, bilmiyəcəksən.....


Tarix: 19.11.2013 / 03:54 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Cabir Novruz
loading...