Həyatı
31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1952-ci ildə başlayıb. Həmin ildən Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı ildən Bakı şəhəri Voroşilov rayonunun müstəntiqi, 1959-cu ildən Bakı şəhəri prokurorluğunun baş müstəntiqi, 1963-cü ildən Bakı şəhər Oktyabr rayon prokurorunun müavini, 1966-cı ildən Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun prokuroru, 1967-ci ildən Mingəçevir şəhər prokuroru, 1979-cu ildən Bakı şəhər prokurorunun müavini, 1980-ci ildən Naxçıvan MSSR Prokuroru, 1981-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 1987-ci ildən Bakı şəhər prokurorluğunun istintaq şöbəsinin prokuroru vəzifələrində çalışıb. Bundan sonra 1987-1998-ci illərdə Azərbaycan Respublikası ədliyyə işçilərinin respublika ixtisasartırma kurslarının tədris hissəsinin müdiri, Ədliyyə Nazirliyi Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutunun tədris hissəsinin prorektoru, Naxçıvan MSSR prokurorunun müavini, Azərbaycan Respublikası Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 1980-ci ildə "Xalqlar Dostluğu" ordeni ilə, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, dörd övladı var.
Tarix: 29.01.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Bəstəkarlar Və Müğənnilər