Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmdulla əfəndi Əfəndizadə

Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi.

Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920 il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi.

Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi.

Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi.

Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.


Tarix: 09.01.2015 / 01:10 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...