Aslan bəy Ağalar bəy oğlu Səfikürdski-(30 sentyabr 1881, Gəncə-20 sentyabr 1937, Bakı ), Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü idi. Aslan bəy Ağalar bəy oğlu 30 sentyabr 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İbtiai təhsil alandan sonra klassik gimnaziyada oxumuşdu. 1901-ci ildə gimnaziyanı bitirib Xarkov Universtitetinin huquq fakultəsinə qəbul olmuşdu. Lakin öz xahişi ilə 1902-ci ildə Peterburq Universtitetinə keçmiş və 1907 cu ildə univestiteti tamamlamışdı. 1907-1911-ci illərdə ədliyyə orqanlarında müvəkkil köməkçisi, 1911-1917-ci illərdə isə Şuşa qəzasıında öncə şəhər dumasında iclasçı, sonra andlı müvəkkil vəzifəsində işləmişdi. AXC-nin dönəmində Parlamentinə deputat seçilmişdi. Səfikürdski AXC-nin 3 və 4-cü hökumətində təmsil edilmişdi.O rabitə sahəsində kadrların hazırlanmasına xüsusi diqqət verirdi. O, ədliyyə sisteminin işinin təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçirmişdir. Parlamentdə sosialist blokunu təmsil edirdi. 1920 ci il aprelin 27 də bolşeviklərlə danışıqda təslimçi mövqe tutmuşdur. Aprel işğalından sonra Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. Lakin 1922-ci ildə 3 il müddətinə həbs edilmişdir. Həbsdən sonra "Azneft" sistemində hüquq məsləhətçisi işləsədə, daim təqiblərə məruz qalmışdır.
Tarix: 08.01.2015 / 19:33 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: "Azərbaycan Demokratik Respublikası"