Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Demokratik Respublikasında fəaliyyəti

Nazirlik vəzifəsinə gəlmədən öncə Daşnaksütun partiyasının Bakı bürosunun sədri idi. 7 fevral 1919-cu ildə ingilis komandanlığından Bakıdakı erməni qaçqınlar üçün 50.000 rubl qrant istəmişdi. 21 fevral 1919-cu ildə Bakı Erməni Xeyriyyə Cəmiyyətinin sədri və eyni zamanda Bakı Hüquqşünas Həmkarları Birliyinin üzvü olan Mixail Papacanyanın Ermənistan Demokratik Respublikası Xarici İşlər naziri Sirakan Tiqranyana göndərdiyi məxfi məktubda dediyinə görə Dastakov General Tomsonun təkidi ilə Daşnaksütunun ADR Parlamentində seçkilərdə iştirak etməsi qərarını vermişdi. 14 mart 1919-cu ildə Nəsib bəy Yusifbəylinin dördüncü hökümətində səhiyyə naziri vəzifəsinə gəlmişdir. Bakıdakı Erməni məlumat bürosunun 22 may 1919-cu il raportunda Nəsib bəy Yusifbəylinin bu addımını Azərbaycandakı ermənilərin vəziyyətinin yaxşılaşdırılması barədə müsbət addım kimi mərkəzə bildirilmişdi. 24 dekabr 1919-cu ildə V hökümət kabinetinin üzvü olan Musa bəy Rəfiyev ilə əvəz olunmuşdur.

Həyatının sonrakı dövrləri haqda məlumat yoxdur.


Tarix: 08.01.2015 / 19:30 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...