Abbas bəy Atamalıbəyov 1895-ci ildə doğulmuşdur. Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi. O zaman, Sosial İnqilabçılar partiyasının üzvü idi. O, Qafqaza dönərək, Transqafqaz hökumətinin üzvü seçirlmişdir. Daha sonra, Azərbaycan müstəqillik əldə etdi və o, ilk Azərbaycan parlementinin üzvü seçildi.
Abbas bəy Atamalıbəyov 1919-cu ildə Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin üzvü olmuşdur. Heyətin digər üzvləri arasında Miryaqub Mirmehdiyev, Məmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Əkbər Ağa Şeyxülislamov da var idi.
O, ABŞ Prezidenti Vudru Vilsonla görüşmüşdü. Onlar Konfransda Azərbaycan Demokratik Respublikasının de-fakto tanınmasına nail olmuşdular. Lakin, təssüflər olsun ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq haqda tələbləri qəbul olunmamışdır. O vaxt artıq bolşeviklər ölkəyə daxil olmuş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi Bundan sonra A.Atamalıbəyovun həyatı asan olmamışdır. Təbii ki, o, mühəndislik təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən A.Atamalıbəyov Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin, buna baxmayaraq, siyasi fəallığını davam etdirirdi. Topçubaşov, daha sonra isə Miryaqub Mirmehdiyev dünyasını dəyişdikdən sonra Abbas bəy, bir növ, Parisdə yaşayan azərbaycanlı mühacir koloniyasının başçısı qalmışdır. İkinci dünya müharibəsi zamanı o, alman tərəfi ilə işləyərək əsir düşərgələrindəki azərbaycanlıları azad etməyə çalışırdı. O, inanırdı ki, Azərbaycan yenidən müstəqil olacaqdır. Lakin Sovet İttifaqı möhkəmləndikdən sonra, ümidini itirdi.
O, 1971-ci ildə vəfat edib.
Abbas bəy İbrahim ağa Vəkilovanın qızı Reyhan xanım Vəkilova ilə ailə qurmuşdu. Oğlu Qalib Atamalıbəyov (1924) ABŞ-da yaşayırdı.
Tarix: 08.01.2015 / 19:20 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: "Azərbaycan Demokratik Respublikası"