Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

77-ci milli atıcı diviziya

Azərbaycanın 77-ci milli atıcı diviziyası müharibəyə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralni vodı uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhramanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi. Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradan başlanan döyüşlər 10 gün davam etdi, qələbə bayrağını 1943-cü ilin 7 mayında serjant Əbduləziz Qurbanov sancdı.

Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verildi. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl İbrahimov xüsusilə fərqləndi.

77-ci diviziya 1944-cü ilin iyul ayından başlayaraq Pribaltikada və Rusiyada gedən döyüşlərdə fəal iştirak etdiyinə görə, onun yüzlərlə əsgər və zabiti orden və medallarla təltif edildi, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümumilikdə 77-ci Simferopol dağ-atıcı Azərbaycan milli diviziyası döyüş əməliyyatlarına Krımdan başlamış və 11000 kilometrə yaxın məsafəni qət edərək, müharibəni Berlində qurtarmışdı. Diviziyanın döyüş yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi generallar yetişmiş və onların hər biri böyük sərkərdəlik məharəti göstərmişlər.


Tarix: 07.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində
loading...