Son söz – Aygün Kazımova
Bir gün ötüb, keçənləri,
Çox düşünüb, yada salıb,
Qayıdarsan o sevgiyə..
O illərin nəğməsindən
Səninlə gəl bir yol açaq
Səninlə o illərə..
Mən bir bahar sevgisindən ayrı düşən gülə döndüm..
Sən bilmədən sənsizliyin həsrətindən külə döndüm..
Bəlkə bir gün ayrılıqdan uzaq düşən sevgi gəldi
Bu intizar, bu kədəri mən unudub sənə döndüm..
İndi düşün son söz sənin..
Ötüb, keçən o illərin heç bilmədin sən qədrini..
Həsrət düşüb ömrümüzə,
Biz inansaq sevgimize,
Sevinc tapar öz yerini..
Gəl bir baxaq ömrümüzdən keçən
O yollardan nələr qalıb?..
Gəl bir baxaq, bu ayrılıq bizim ömrümüzdən nələr alıb?!
Tarix: 22.01.2015 / 17:49 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Aygün Kazımova
loading...