Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömür nəğmələrim – Aybəniz Həşimova

Boynu bükük xatirədir
Mənim ömür nəğmələrim
Qərib-qərib hey əridir
Mənim ömür nəğmələrim..
Saçlarımda mehə dönüb,
Gözlərimdə şehə dönüb
Miskilli bir .. dönüb
Mənim ömür nəğmələrim..

Ömür yarpaq-yarpaq gedir,
Eşqin məni dəli edir,
Həsrətin bağrımı didir
Mənim ömür nəğmələrim.

Niyə yozulmur bu yuxum?
Unudulmuru niyə qoxun?
Bəsdir susdun, bir az oxu
Oxun, ömür nəğmələrim..

Hər yerdə Səni gəzirəm,
Dağ da dözməz, Mən dözürəm
Dözün özümü üzürəm-
Mənim ömür nəğmələrim

Könlüm səndən heç nə ummur
Ədan qəlbimə toxunmur,
İnan ki, Sənsiz oxunmur
Mənim ömür nəğmələrim!

Ömür yarpaq-yarpaq gedir,
Eşqin məni dəli edir,
Həsrətin bağrımı didir
Mənim ömür nəğmələrim.

İçimdə bir gizilti sığar, göynüyərəm `göynə desən` . Mən göynəsəm, göynüyərsən mənim ömür nəğmələrim??..

Niyə yozulmur bu yuxum?
Unudulmuru niyə qoxun?
Bəsdir susdun, bir az oxu
Oxun, ömür nəğmələrim..


Tarix: 22.01.2015 / 17:47 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Aybəniz Həşimova
loading...