Alisa Brunovna Freyndlix (rus.: Алиса Бруновна Фрейндлих) — Sovet və Rusiya aktrisası, SSRİ xalq artisti (1981).
Həyatı
Alisa Freyndlix 8 dekabr 1934-cü ildə Leninqradda anadan olmuşdur. Onun atası Bruno Freyndlix aktyor olmuşdur. Buna görə də Alisanın teatrla maraqlanması o qədər də təəccüblü deyildi. Məktəbdə oxuduğu dövrlərdə Alisa Freyndlix dram dərnəyinə getmişdir. 1953-cü ildə 239 nömrəli Leninqrad məktəbini bitirdikdən sonra Alisa Freyndlix Leninqrad teatr institutuna daxil olur.
1957-ci ildə institut təhsilini başa vuran gənc Alisanı Vera Komissarjevskaya adına Leninqrad teatr truppasına qəbul edirlər. Az sonra Freyndlix kinoda öz debütünü edir. Bu debüt 1958-ci ildə Vladimir Vengerovun çəkdiyi "Şəhər işıqlarını yandırır" filmində gerçəkləşmişdi. Ümumiyyətlə Alisa Freyndlixin kinoda ifa etdiyi ilk rollar o qədər də nəzərə çarpan böyük rollar deyildi.
Alisa Freyndlix 1961-ci ildə Lensovet teatrının truppasına gəlir. Burada o, əsas və teatrın aparıcı aktrisalarından birinə çevrilir. O, artıq Uilyam Şekspirin, Aleksey Aruzovun, Leonid Zorinin, Bertolt Brextin, Bernard Şounun pyeslərində rollar almağa başlamışdı.
Alisa Freyndlix tezliklə bu teatrın bədii rəhbəri İqor Vladimirovla ailə qurur. Bu nikahdan onların Varvara adlı qızları dünyaya gəlmişdir.
A. Freyndlix 1983-cü ildən M. Qorki adına Böyük Dram teatrında fəaliyyət göstərmişdir.
Alisa Brunovna Freyndlix 1965-ci ildə RSFSR-in əməkdar, 1971-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Filmoqrafiya
İşdə məhəbbət macərası (film, 1977)
Tarix: 23.02.2013 / 16:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Aktyorlar