Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarSOS - son 50 ildə insanlar nələri tükəndirmiş?

İnsanlar son 50 ildə dünyanın balıq ehtiyatının 90%-ni məhv ediblər.

Okeanın məşhur balıq rayonlarının 22 faizi artıq tükənmiş və yaxud həddindən artıq istismara məruz qalmışdır. Bu ehtiyatların 44 faizi isə artıq tükənmək ərəfəsindədir.

Yeyilə bilən balıq növlərini istismar etməkdən əlavə, biz hər il dənizlərə, okeanlara 27 milyon ton tullantı axıdırıq. Bəzi ərazilərdə dənizin dibi bu tullantılardan elə bətbad vəziyyətə gəlmişdir ki, artıq burada heç bir canlının yaşaması üçün şərait qalmamışdır.

İnsanlar son 50 ildə dünya meşələrinin 70%-ni məhv edib.

Yer kürəsində qalmış 30% meşə ehtiyatları hissələrə bölünüb və burada meşələrin qırılması ildə 50 kvadrat mil sürətlə gedir.

İnsanlar son 50 ildə 45 mindən çox gölü Ardı »

Maraqlı MelumatlarBu geyimlər sağlamlığınıza ziyandır - SİYAHI

İngiltərənin Kayropraktik (oynaq və onurğa iliyi müalicə üsulu) Təşkilatı, gündəlik paltarlarda onurğa sistemi zərərlərini izah edib . Tim Hutchful, boyun, kürək və diz ağrılarında əslində bir çox paltarın əhəmiyyətli rol oynadığını söyləyib.

Qələm ətək: Dizlərinizi yaxınlaşdıraraq balanslı yeriməyi və dizləri bükməyi çətinləşdirir. Hərəkət qabiliyyətini azaltdığından zamanla əzələlərin çəkilməsinə yol aça bilir.

Ağır boyunbağı: Boyun əzələləri, tendonları və oynaqları, dörd yarım-beş yarım kilo arası ağırlığındakı başı daşımaq üzrə tarazlığa sahibdir. Lakin bu ağırlığın üstünə ağır boyunbağıların olması, boyundakı təbii tarazlığı poza bilir. Boyun tutulmasından, əyriliklərə qədər pis nəticələr doğurur.

Yığışdırıcı Korset: likralı və ya elastik deyilsə, paltarların altına geyilən dar korset, nəfəs alışını və hərəkət Ardı »

Maraqlı MelumatlarRoma imperatoru IV Karl

Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.

IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.

Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.…
Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.
O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :
1) Blanche (1316 — 1348),
2) Anna (Bavyera) (1329–1353)
3) Anna von Schweidnitz (1339–1362)
4) Elizabeth (Pomerania) (1345 ya 1347–1393)

IV Karl Ardı »

Maraqlı MelumatlarYuxu | 20 Fakt

Hər birimiz yatanda müəyyən yuxular görürük. Bəzilərimiz hər gün, bəzilərimizsə nadir hallarda, amma mütləq nə zamansa yuxu görürük.Bəs yuxu haqqında hər şeyi bilirikmi? Yəqin ki, çoxunuz YOX deyəcəksiniz. O zaman yuxu ilə bağlı bəzi həqiqətləri diqqətinizə çatdırıram. qorxulu yuxu

Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
Korlar da yuxu görürlər.
Hər gecə 4-7 yuxu görürük.
İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.
Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.
Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.
Hamı rəngli yuxu görə bilməz. Ardı »

Maraqlı MelumatlarGeyim və əşyaların keçmişi

Son illərdə günəş eynəkləri vacibli moda əşyasına çevrilmişdir. Lakin ilk günəş eynəkləri nə moda, nə də ki, günəşdən qorunmaq üçün istifadə olunurdu. Çində 600 ildən çox, hakimlər bu eynəklərdən istifadə ediblər. Onlar əsasən tüstü rəngli şüşələrdən istifadə edirdilərki, insanlar onların gözlərini görməsinlər. Belə olduqda onların nə fikirləşdiyi də məlum olmurdu.




Mavi cins şalvarların tarixi 19-cu əsrə gedib çıxır. Gənc immiqrant (yaşamaq üçün başqa ölkəyə köçüb gələn adam) Levi Strauss cinsləri ixtira etmişdiki, saatlarla açıq havada işləyən insanlar bunları geyinsinlər. Keçən əsrin ortalarından əvvəl onlar moda məqsədilə geyilmiyib.




Baxmayaraq ki, şampun Hind dünyasından gəlib, muasir, sulu şampunun tarixi çox qısadır. 20-ci əsrin əvvəllərində Ardı »

Maraqlı Melumatlar10 sarsıdıcı sui-qəsd nəzəriyyəsi

Apollo 11in aya getdiyi yalan!
Ən maraqlı sui-qəsd nəzəriyyələrindən biri. Bəzi sui-qəsd teorisyenleri, NASAin əslində kosmos vasitəs(n)i Apollonu Aya göndərmədiyini, bütün bu görünüşlərin kurmacadan ibarət olduğunu söyləyir. Buna səbəb olaraq isə Ayda çəkilən görünüşlərdə kölgələrin səhv istiqamətə düşməsini göstərirlər. Ayrıca bu görünüşlərin yalnız bir kamera görünüşündən ibarət olduğunu ifadə edərək Ayda ulduz görünüşlərinin olmamasının qəribə olduğunu iddia edirlər.
Bermud şeytan Üçbucağı
Bermud Şeytan Üçbucağı, Atlantik Okeanında çox sayda təyyarə və gəminin itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bölgənin adıdır. Kimsənin şərh gətirə bilmədiyi bu əsrarəngiz fenomen, içində elm adamlarının da tapıldığı bir çox insan tərəfindən illərcə 'fövqəltəbii bir sıra güclərin sanksiyas(n)ı' hesab Ardı »

Maraqlı MelumatlarXəritənin kəşfi

Xəritənin kəşfi

Babilin 3000 min illərindən qalma bəzi lövhələri bilinən ən qədim xəritələr olaraq qəbul edilirdi. Amma gerçək xəritələri ilk edənlər yunanlar olmuşdur.Eramızdan əvvəl 6-cı əsrdə də bu xəritələr dünyanı suların üzərində üzən bir disk kimi göstərir. Dünyanın yumuru olmasına səmimi iman gətirmiş Aristotel yer üzündə mülayim və tropik qütb bölgələrinin varlığını xəyal etmişdir. 2-ci əsrdə də Ptolemaios çağının coğrafiya və xəritəçilik üstündəki məlumatlarının maraqlı bir sintezini etmişdi amma qərb Avropa bu işlərdən çox uzun bir müddət xəbərsiz qalacaqdı. Kompasın icadından sonra 14-cü və 15-ci əsrlərdə dünyanı kəşfə çıxan İtalyan, Portuqaliya və İspan gəmiçilərinin istifadə etdiyi rəhbər xəritələri hazırlanıb. Daha sonra açıq dəniz Ardı »

Maraqlı MelumatlarQafqaz, Gitara, Fındık, Qardaş, Musiqi

Qafqaz

“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotunmətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi77-ci ildə Plininin “Təbii tarix” əsərində verilmişdir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.

Azərbaycan əfsanələrində Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və dar anında insanların imdadına çatan Simurq quşu da burada yaşayır.


Gitara

Bu musiqi alətinin adı Avropa xalqlarının dillərinə XII-XIII əsrlərdə yunan dilindən keçmişdir. O zaman Avropada ladları olan uzun qollu və kənarında əyriləri olan taxta yastı çanaqlı musiqi alətlərinin hamısına “gitara” Ardı »