Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarStounhenc- daş bloklar

Stounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m. hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların diqqətini çəkir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyə irəli sürülmüşdür. Burada bu nəzəriyyələrdən hansının doğru olduğu üzərində dayanmayacağıq. Əsas odur ki, bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.


Aparılan tədqiqatlar Stounhencin 3 inşaat mərhələsində ərsəyə gəldiyini üzə çıxarmışdır. Bir çox mənbəyə əsasən, Stounhencin ən qədim inşaat mərhələsi e.ə. 2800-cü ilə gedib çıxır. Yəni Stounhencin tarixi bundan təqribən 5000 il əvvələ Ardı »

Maraqlı MelumatlarÜzeyir Hacıbəyov - Evlənmək məsələsi

Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey — evlənmək.

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.
Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir.
O iş at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.
Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını Ardı »

Maraqlı MelumatlarQələmin ixtirası

İlk dəfə qələm 1888-ci ildə ABŞ-da Con Loud tərəfindən ixtira olunub. Bu gün istifadə etdiyimiz diyircəkli qələmləri isə ilk dəfə 1940-cı ildə Josef Laslo və Georq Biro icad ediblər.
1943-cü ildə həmin qələmin satışı üçün ilk nümunələr hazırlanıb. 1945-ci ildə onlar Nyu-Yorkda satışa çıxarılıb. Bu zaman alıcıların sayı o qədər çox olub ki, hətta işə polislərdə cəlb olunub. Bir gun ərzində 10 min qələm satılıb. Amma bu müştəriyə baha başa gəlib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əməkhaqqısı dəyərində olub. Ardı »

Maraqlı MelumatlarNarkoman Şerlok Holms

Bir neçə aydır ki, Ser Artur Konan Doylun detektiv hekayələrini Azərbaycan dilinə çevirməklə məşğulam. Türkiyə türkcəsindən çevirdiyim kitablardan biri artıq “Hədəf” Nəşrləri tərəfindən oxuculara təqdim olunub. İki kitab isə çapa hazır vəziyyətdədir. Məşhur detektiv ustasının hekayələri məni o qədər əyləndirir və zövq verir ki, Konan Doylun hekayələrindən təsirlənərək qələmə alınmış, əsas qəhrəmanı detektiv Şerlok Holms olan 6-7 filmə də baxmışam.

Eyni zamanda Konan Doylun türk dilinə tərcümə olunmuş bütün yaradıcılığını da oxuyub bitirmişəm. Dünyanın bir nömrəli detektiv ustası olan Konan Doylun yaratdığı hekayələr və romanlar illər keçməsinə baxmayaraq yenə də insanları əyləndirməyi və həyəcanda saxlamağı bacarır. Əgər yay tətilinizin sonlarını əyləncəli Ardı »

Maraqlı Melumatlarİstəsəniz də görə bilməyəcəyiniz 10 yer

Bir gün imkan çıxarsa, dünyada görmədiyim yer buraxmaq istəmirəm deyərək, gəzmək istəsəniz, hər yerə gedə bilərsəniz. Amma elə yerlər var ki, ora istəsəniz də gedə bilməzsiz. Bunlardan 10-una elə burda baxa bilərsiz.


1. Mezgorye – Mezgorye Rusiyada olan bir qəsəbədir. Bu qəsəbədəki insanların Yamanta dağında gizli işlər etdiyinə inanılır. Çünki çöldən heç kim bu qəsəbəyə girə bilmir. Qəsəbənin qədim bir keçmişi də yoxdur, 1979-cu ildə qurulmuşdu. Yamanta dağı 1,640 metr yüksəkliyi ilə Ural dağlarının ən yüksək dağıdır və bu bölgədə haradasa Amerika tərəfindən dəstəklənən bir nüvə tezisi olduğu təxmin edilir. Amerikalılara bu qəsəbənin nə məqsədlə istifadə edildiyi soruşulduğunda, Amerikan səlahiyyətliləri, bu Ardı »

Maraqlı MelumatlarMedalyer sənəti

Heykəltəraşlığın bu sənət növü qədim tarixə malikdir. Təxminən e.ə. VIII-VII əsrlərdən qiymətli metallardan hazırlanmağa başlanılıb. Bədii həlli vaxtilə sikkə hazırlanması ənənələrinə tapınsa da, sonrakı dövrlərdə (XIV-XV əsrlərdən başlayaraq) bədii dəyərli müstəqil sənət sahəsi kimi inkişaf edib. Tədqiqatçılar Azərbaycanda bu sənətin qədim tarixə malik olması qənaətindədirlər. XX əsrdə isə təbliğat vasitəsi kimi xüsusilə duyulan olmuşdur. P.Xryunov (Şopen, M.Qorki, Ş.Müslümov,S.Bəhlulzadə,M.F.Axundzadə, M.Ə.Sabir), A.Rüstəmov (N.Nərimanov,C.Cabbarlı, Nəsimi,M.P.Vaqif), eləcə də Ş.Şərifov, S.Quliyev, A.Əliyev və başkaları bu sahədə yaddaqalan nümunələr yaratmışlar.

"İmadəddin Nəsimi" - Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
“İmadəddin Nəsimi” – Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.

"Əcəmi Naxçıvani" - Aslan Rüstəmov. 1976. Ardı »

Maraqlı MelumatlarQaz haqqında

Qaz haqqında

Neçə-neçə əsrlər bundan qabaq Yunanıstanın Delfa adlı bir yerində yunanlar fikir verib gördülər ki, bir çoban heyvanları otarandan sonra özünü çox qəribə aparır. Həmin çəmənlikdən keçən adamlar isə sərxoş kimi olur, az qala dilləri tutulurdu.

Yunanlar qərara gəldilər ki, bu yerlərdə Ruhlar gəzişir. Sonralar məlum oldu ki, onların “Ruh” adlandırdığı naməlum qüvvə qaz imiş. Qaz əsasən yerin altında olur. Onu qaz kəmərləri vasitəsilə min kilometr uzaqlara çəkmək olur.

Getdikcə qazdan daha çox istifadə olunur. Çünki o, başqa qazlara nisbətən ucuz başa gəlir. Qaz soyuducuları, qaz istixanaları, qəzla işləyən maşınlar çox sərfəlidir. Ardı »