Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarYanaqdakı qəmzə nə məna verir?

Qəmzənin mənası, necə yarandığı və niyə məhz bəzi insanlarda olduğu yəqin ki, çoxumuza maraqlıdır.

Bu, adətən bəzi insanlarda genetik olaraq mövcuddur. Valideynlərdən birində qəmzə varsa, 25-50%, hər ikisində olarsa 50-100% ehtimalla uşaqda da yarnır.

Hətta bəzi ölkələrdə yanağında çökək olan qızlar gözəl hesab edilir. Qəmzələrin çoxu doğuş əsnasında yaranan qüsur sayılsa da, sonralar hətta gözəllik elementinə çevrilər bilir. Əsasən yanaqda, çənədə, beldə yaranan qəmzələr bəzən yaş artdıqca itir. O, adətən, üz əzələləri qısa olan şəxslərdə yaranır və gülərkən ortaya çıxır.

Bu zaman bəzi insanların bir, bəzilərinin isə hər iki yanağındakı qəmzə üzə çıxır. Adətən qəmzəsi olanlar gənc ruhlu, uşaqüzlü insan kimi bilinirlər. Ardı »

Maraqlı MelumatlarMəşhurların uğursuz və qəribə ölümləri

2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış Ardı »

Maraqlı MelumatlarYad planetlərdən gələnlər...

Yer kürəsində daim baş verən maraqlı müşahidələr, kiçik fotogörüntülər və qısa kamera çəkilişləri ilə lentə alınmış materiallar planetimizə naməlum uçan obyektlərin daxil olduğunu sübut edir.
Buradan belə bir sual yaranır: bəs bu uçan naməlum obyektlər nələrdir? Deməli, Yerdən başqa da yaşayış olduğu ehtimal edilən planet və yaxud yeni sivilzasiya vardır. Lakin insan oğlu hələ Ay və Mars planetindən irəli gedə bilməmişdir. Bunun əsas səbəbi hazirda insan idrakının və tədqiqat sahəsinin həmin səviyyəyə çatmamasıdır. Yəni UNO-larla bizim aramızda informasiyanın birbaşa beyinə yeridilməsi kimi fərqlər mövcuddur.
UNO haqqında bir çox sirlər hələ ictimaiyyətə tam açıqlanmır. Lakin 1965-ci ildə Amerika hərbiçiləri tərəfindən naməlum uçan obyektin vurulması Ardı »

Maraqlı MelumatlarƏyləncəli və maraqlı Google

Google web saytı haqqında bilmədiyiniz maraqlı məlumatlar İnternet məkanında Azərbaycan dilində ilk dəfə olaraq Kayzen.az saytında yayımlanır. Müəllif və mənbə qeyd olunması şərtdir.!

1 ) Ən tək rəqəm hansıdı? - Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.

2 ) Askew - Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz.

3 ) Google Gravity- «Google Gravity» yazın və «Mən şanslıyam » düyməsinə basın. Səhifədəki bütün elementlərin yerin cazibə qüvvəsinə məğlub olduğunu, yerə düşdüyünü görəcəksiniz. Ardı »

Maraqlı MelumatlarAltruizm

Altruizm bir insanın fədakarcasına, bəzən də öz həyatını təhlükəyə atmaqla başqaları üçün, hətta bəzən onların xəbəri belə olmadan xeyirxahlıq etməsi hesab edilir. Sosial biologiyanın banisi Edvard Uilson (1929) hesab edir ki, insanlardakı altruizm balasını, yəni nəslini xilas etmək naminə öz həyatını riskə atan ana heyvanlarda rast gəlinən altruizmə bənzərdir.

Məsələn, əsgərlər öz ölkəsinin insanlarını xilas etmək üçün hər gün müxtəlif formalarda öz həyatını təhlükəyə ataraq qəhrəmanlıqlar göstərirlər. Digər tərəfdən, bu cür qəhrəmanlığın tənqidçiləri hesab edirlər ki, onlar öz mədəni və dini inanclarını, eləcə də öz şərəflərini qoruyurlar.

Altruizm nə deməkdir?
Onun iki əsas tərifi vardır. Bioloji altruizm dedikdə, hətta öz həyatın təhlükədə Ardı »

Maraqlı MelumatlarNyutonun başına alma düşüb?

Nyutonun başına alma düşüb?

Tarixçilər bu faktı şübhə altına alır. Düzdü, Nyutonun dostu Stukeleyanın dediyinə inansaq Nyuton guya bunu öz diliylə demişdi. Ona görə də Nyutonun başına alma tullayıb onu Yerin cazibə qanununu kəşf etməyə məcbur etmiş alma ağacı alimin həyətində yüz il ərzində muzey eksponatına çevrilmişdi. Əfsanəyə görə bu 1666-cı ildə baş verib. Amma Nyuton bu qanunu çox sonralar kəşf edib. Əgər qanun mütləq başa alma düşməsi nəticəsində kəşf edilsəydi yəqin ki, alma alimin başına 1726-cı ildə, yəni ölümündən bir il əvvəl düşməli idi. Öz əsərlərində Nyuton tamam fərqli əhvalat nəql eləyir. Başa düşmüş alma haqqında əhvalatı o, sevimli bacısı qızı Katerina Kouduit üçün Ardı »

Maraqlı MelumatlarDünyanın ən qəddar 11 qadını

1. Darya Nikolayevna Saltikova (1730—1801)
Tarixə inkişaf etmiş rus mülkədari kimi düşmüşdür.
139-a yaxın qulluqçusunu öldürtmüşdür.

2. Kraliça I Mariya (1516-1558)
İnglis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxan xanım Mariya ölkədə bərpa dövrünü başlayır və bu bərpa dövrü xalqa divan tutmaqla keçir. Minlərlə insan öldürülür, asılır və yandırılır.

3. Mayra Hindli (1942-2002).
Killer xanım dostu İen Brayenlə «ingiltərəli Bonni və Klayd” adı almışlar. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb təcavüz edib öldürmüşdülər.

4. İzabella Kastilskaya (1451-1504)
İzabella katolik olmayanlara divan tutmaqla məşhurdur. İzabella Kastilskayanın dövründə İspaniyadan çoxlu yəhudi və ərəb köçmüşdür (200 minə yaxın), qalanlarını Ardı »

Maraqlı MelumatlarSəyahəti asanlaşdıran 4 görkəmli şəxsiyyət

1. Fernan Magellan
Məşhur portuqal dənizçisi Fernan Magellan 1520-ci ildə tarixdə ilk dəfə olaraq dövrü aləm səyahəti etmiş və bir çox maraqlı və faydalı kəşflər etmişdir.

O, əsasən dəniz səyahəti zamanı qısa yollar axtarışında olmuşdur. Onun kəşflərindən biri də Cənubi Amerika ilə “Odlu Torpaq” arxipelaqı arasındakı boğaz idi. Bu boğaz ona qədər də dənizçilərə məlum idi. Amma bu keçidi dənizçilər çox təhlükəli və keçilməz hesab edirdilər.

Belə ki, bu keçidin orta eni 4,5 metr idi və çox dar olan bu keçidi keçməyə heç bir dənizçi cürət etmirdi. Amma Magellan ilk dənizçi idi ki, bu boğazı keçdi. O, Atlantik okeanından Sakit okeana keçən Ardı »