Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarKappuçino, Venesuela, Jaluzi

Kappuçino

1525-ci ildə İtaliyanın Marke bölgəsindən olan fransiskan mürid Matteo di Bassi dövrünün keşişlərinin dini xadim Assizli Fransiskonun tətbiq etdiyi həyat tərzində yaşamadıqlarını iddia edərək fransiskan təriqətinin yeni bir qolunu yaradır. Onun tərəfdaşları tərkidünyalığın rəmzi sayılan qonur rəngli kapuşonlu cübbə geyməyə başlayırlar. İtalyan dilində kapuşonun tərcüməsi “kappuço”dur (əsli “cappucio”) və bu səbədən el arasında bu rahiblərə geyimlərindən dolayı “kappuçin” ləqəbi verilir.
Kapuçino

Sonrakı dövrlərdə “kappuçin” kəlməsi, ümumiyyətlə, cübbənin malik olduğu rəngə istinadən tez-tez işlədilməyə başlayır və təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz qəhvə də ixtira edilərkən rəngindən dolayı məhz “kappuçino” adlandırılır.


Venesuela

1499-cu ildə səyyah Alonso de Oxedanın ekspedisiyası Venesualanın sahillərində lövbər salır. Ardı »

Maraqlı MelumatlarÖlən anası ilə 2,5 il bir evdə...

Ölən anası ilə 2,5 il bir evdə...

Almaniyada 51 yaşlı bir kişi vəfat etmiş anasını dəfn etməyərək 2,5 il cəsədi evində saxlayıb. Pollis olaydan xəbər tutandan sonar bu şəxs psixiatrik klinikaya yerləşdirilib.

Beyaz.Az AHT-yə istinadən bildirir ki, olay Münsterland bölgəsindəki Qronau şəhərində yaşanıb.

51 yaşlı şəhər sakini 2012-ci ilin Milad Bayramında ölmüş anasını dəfn etməyibmiş. Ardı »

Maraqlı Melumatlarİlk dəfə güzgü necə yaranıb?

İlk dəfə güzgü necə yaranıb?

Göl suyuna yaxından baxmısınız? Orda yəqin ki, göyün və ağacların, yaxud da öz əksinizi görmüsünüz. Qədim zamanlarda güzgünü üstü möhkəm sürtülmüş metaldan hazırlayırdılar. Heç kəs güzgünün yaranma tarixini deyə bilməz. Yəqin ki, ilk dəfə onun yaranmasına səbəb qadın olub.

İlk dəfə güzgü qədim Yunanıstanda, sonra Misirdə və Romada yaranıb. Onlar güzgünü o vaxt balaca düzəldib ciblərində gəzdirərdilər. Uşaq ilk dəfə öz əksini görəndə necə təəccüblənərsə, onlar da güzgü təzə çıxanda elə təəccüblənirdilər. Hətta güzgü təzə yarananda adamlar bunu ruh, ya da möcüzə hesab edirdilər.

Hal-hazırda güzgünün üstünü şüşədən, arxasını isə metaldan düzəldirlər. 1300-cü ildə İlk dəfə güzgünü şüşədən düzəltmək isə venesiyalıların ağlına gəlib. Ardı »

Maraqlı MelumatlarXörək adlarının tarixcəsi

Sendviç

18-ci əsrdə yaşamış 4-cü Sendviç qrafı, ingilis zadəgan Monteqyu Con tez-tez qulluqçusuna tapşırardı ki, aşbazının yağda qızartdığı əti ona çörəyin arasında gətirsin. Kart oynayan zaman əllərini yağa bulaşmaqdan qoruduğuna görə zadəgan bu məzəni çox sevərmiş. Monteqyu Con qraf vəzifəsi daşıdığından onun sevdiyi məzə tezliklə məşhurlaşır və camaat “Sendviçin xörəyi”ndən sifariş etməyə başlayır. Sonradan çörək arasında ət parçası və tərəvəz olan bu yeməyə qrafın şərəfinə “Sendviç” adı verilir.

Napaleon tortu

«Napaleon» tortunun adının mənşəyini Fransa imperatoru Bonapart Napaleonla əlaqələndirənlər yanılırlar. Müxtəlif dillərdə “Napaleon” adlanan bu çərəz əslində İtaliyanın Neapol şəhərində hazırlanan oxşar şirniyyatın adından götürülüb. Sadəcə, fransız dilində “neapollu” kimi tərcümə olunan “napolitain” kəlməsi Ardı »

Maraqlı MelumatlarGöz rənglərinə görə insan tipləri

Göz rəngləri hər şeyə təsir edər. Çünki göz çox əhəmiyyətlidir. Ruhani təsirlərin xaricə vurmasıdır. Təbii ki, içəridə olana da göz necə təsir edirsə rəng də təsir edir. Butun bunların hamısının Metafizikada yeri var. Bir insanı tanımaq üçün ən az 10 il lazımdır. Amma bəzi ipucları var, gözün şəkli kimi rəngi də əhəmiyyətlidir. Bir sənətçinin əl forması fərqli olduğu kimi gözün forması də adamın xarakteri haqqında ipucu verir. Eyni şey rənglərə də aiddir.

Qara gözlü insanlar: çox həyəcanlı tiplərdir. Lakin nizamlıdır, verdiyi sözü tutur, emosionaldır, keçmişdə olanları tez unutmaz, intiqamçıdır, güclü xarakterlidir.

Mavi gözlü insanlar: macəraçı, çox enerjili insan tipidir, çox mehriban, qarşılıq gözləməz, Ardı »

Maraqlı Melumatlar35 suala cavab ver, aşiq ol!

Əvvəllər bir-birini tanımayan adamların sonradan necə çox az vaxt ərzində qarşılıqlı sevgi hissləri ilə bağlandıqları ilə bağlı maraqlı araşdırma var.

20 il əvvəl psixoloq Artur Aron bir eksperiment həyata keçirib. Bir-birini tanımayan qadınlar və kişilər öz partnyorları ilə 36 sual-cavab edirlər. Sonra isə susaraq 4 dəqiqə bir-birlərinə baxırlar. Yarım il sonra bu cütlüklərin əksəriyyəti evlənir.

Suallar isə sadədir.

1. Bütün dünyadan bir nəfəri nahar üçün dəvət etməli olsaydın bu kim olardı?

2. Məşhur olmaq istərdinizmi? Hansı sahədə?

3. Telefonla danışmazdan əvvəl nə deyəcəyinizi məşq edirsiniz? Niyə?

4. Mükəmməl bir günü izah edərsiniz?

5. Ən son nə vaxt öz-özünə mahnı oxumusan? Birinə mahnı oxumusan ?

6. Əgər 90 il yaşasaydınız, Ardı »

Maraqlı MelumatlarBunları bilməyiniz vacibdir - üz xəritəsi

İnsan dərisi səhhəti haqqında çox şey söyləyə bilər. Dərinizin qeydinə qalmaq üçün bahalı kosmetik vasitələr almaq əvəzinə bədəninizə qulaq asıb və daxili orqanlarınızı müayinə etsəniz daha düzgün olar.
+

Şəkildəki üz xəritəsidir, hansı ki hissələrə ayrılıb. Üz dərisində əmələ gələn sızanaqlar, hörümçək damarlar və hətta vaxtından əvvəl yaranan qırışlar həyatı vacib olan orqanların xəstəliyi və ya yaranan problemlər barədə bizə məlumat verir.

Alın. Alından problem dəri. Zona 1 və Zona 3.

Bu zona- həzm orqanları ilə bağlı problemlərin məsuliyyətini daşıyır .
Alının yuxarı hissəsi və ya saçların artmasının başlanğıc zonası – sidik kisəsiylə bağlı problemlərdən
Alının yuxarı hissəsi – qalın bağırsaqlar
Alının aşağı hissəsi –nazik bağırsaqlar
Gicgahlar Ardı »

Maraqlı MelumatlarMaraqlı faktlar...

Dəvəquşunun yumurtasını qaynatmaq üçün 40 dəqiqədən artıq vaxt sərf etmək lazımdır.

Safsar sutka ərzində 20 saat yatır.

Fransızlar göyərçini “uçan siçovul” adlandırırlar.

Pələnglərin yalnız xəzləri zolaqlı deyil, eyni zamanda dəriləri də zolaqlıdır.


Sarqan adlı balıqların sümükləri sarı rəngdədir.

Səkkizayaqlı ilbizin düzbucaqlı göz bəbəkləri vardır.

Toyuqların indiki dövrə kimi ən uzun uçuşlarının 13 saniyə olduğu qeydə alınmışdır.

Folklend adalarında yaşayan əhalinin (məskunlaşmış şəxslərin sayı 2000 – dir) hər birinə 350 qoyun düşür (ümumilikdə 700 000 – dir), Yeni Zellandiyada isə onların sayı 20 qoyundan ibarətdir.

Pişiklərin çənələri yan tərəflərə doğru hərəkət edə bilmir.

İlk dəfə olaraq 1850 – ci ildə Avropadan Amerikaya sərçələr gətirildikdə, amerikanlar sevinclərindən onları ölənə qədər Ardı »