Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarSağlam olmaq üçün hərəkət edin

Hamımız bilirik ki, hərəkətdə olmaq uzun ömür və sağlamlıq deməkdir. Oturaq həyat tərzi isə piylənmə, xəstəliklər və vaxtından tez ölümü bizə bəxş edir. Lakin bir çoxlarımızın işi oturaq həyat tərzinə uyğundur. Bundan qaçmaq mümkün deyil. Bu zaman da hərəkət etmək və sağlam həyat sürmək üçün nə isə etməliyik.

Telefonla ayaq üstə danişin:

Hətta işiniz stol arxasında olsa belə mütləq telefonla danışarkən ayaqüstə danışın. Hətta danışarkən bir neçə iş belə edə bilərsiniz.
Ən kiçik imkanda piyada gəzin.
Məsələn, iş yerinizə 1-2 km uzaqda avtobusdan düşün. Piyada gedin. Bunun üçün evdən 30 dəqiqə tez çıxmaq lazımdır. İş vaxtı bitdikdə də eyni ilə belə edin. Avtobusa 1-2 km Ardı »

Maraqlı MelumatlarZəngin Ərəblər

“The Arabian Business” işgüzar nəşri dünyada ən varlı 50 ərəbin – istər ayrı-ayrı şəxslərin, istərsə də bütöv ailələrin siyahısını dərc etmişdir.

2007-ci ildə ərəb dünyasında ən varlı adam Səudiyyə şahzadəsi Əl-Valid bin Təlal əl-Səud hesab edilmişdir. Onun var-dövləti 29,5 milyard dollar məbləğində qiymətləndirilmişdir.

Onun ardınca 24 milyard dollar var-dövləti olan səudiyyəli Əl-Raci ailəsi gəlir.

2005-ci ildə qətlə yetirilmiş Livanın Baş naziri Rəfiq Həririnin ailəsi siyahıda üçüncü yerdədir. Nəşrin məlumatına görə, ən məşhur Livan ailəsinin aktivləri 17,8 milyard dollar dəyərində qiymətləndirilir.

Xırda mağazalar şəbəkəsinin sahibi küveytli Nasir əl-Hərafi siyahıda dördüncüdür (12 milyard dollar).

Qeyd etmək lazımdır ki, terrorçuluqda şöhrət qazanmış Bin Ladenin ailəsi, ümumən, tərəqqi edir. Ardı »

Maraqlı Melumatlar“Facebook” istifadəçilərinin doqquz tipi

Hər bir insanın sosial şəbəkələrdə öz davranış stili var, lakin "Facebook" istifadəçilərinin davranışında müəyyən qanunauyğunluqlar da var və bu, onları kateqoriyalar üzrə qruplaşdırmağa imkan verir.

"Mashable" informasiya saytı sosial şəbəkələrdə insanların davranışının doqquz tipini təqdim edib. Sizin profiliniz nədən xəbər verir?

Birinci tip – Təqibçi. Bu tipə adətən qadın istifadəçilər aiddirlər, onlar başqa insanların səhifələrinə daxil olmağı xoşlayırlar. "Təqib ciddi məşğuliyyətdir və xeyli vaxt alır, ona görə də bu tip istifadəçi "Facebook"a gündə təxminən 14 dəfə daxil olur" – "Mashable" yazıb.

İkinci tipə 1970-ci illərin demoqrafik partlayış dövrünə məxsus 55 yaşdan yuxarı köhnə insanlar aiddir.Qonşuda keçirilən əyləncə gecəsində "Facebook" haqqında eşidən bu tip sosial Ardı »

Maraqlı MelumatlarPirsinq

Pirsing — ingiliscədən tərcümədə body piercings yə`ni bədən pirsingi deməkdir. Əslində pirsing qədim tarixə malikdir.

Hindistanda qadınlar burun deşiklərinə qızıl halqa taxırdılar. Bu onların ərlərinə aid olmasını göstərirdi. Qədim Misirdə isə göbək pirsingi geniş yayılmışdır.

«Müasir Pirsingin Yaradıcıları» — Duq Mallo və Cim Vard hesab olunur. 1975-ci ildə Cim Vard Uest-Hollivud şəhərində (ABŞ) ilk pirsing salonu açdı. Və bununla da pirsing bizim indiki dövrümüzə gəlib çıxdı. Duq Mallo özüdə pirsing daşıyıcısı idi.

Sinə (döş) pirsingi Qədim Romada (inkişaf etmiş dövlətlərdə) yaranmışdır. Yuli Sezarın qoruyucuları, Roma senturionları (qədim Romada 100 nəfərdən ibarət qoşun Ardı »

Maraqlı MelumatlarMaraqlı tibb statistikaları

- Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
- Hər min uşaqdan biri tək dişlə doğulur.
- İnsanın xromosomlarının sayı 46, şirin su yosunununku isə 200
- İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir
- İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür.
- Hər 20 nəfərdən birinin, xüsusilə də kişilərin qabırğasının sayı 1 ədəd artıqdır.
- İnsanın saç telinin sayı təxminən 100 mindir.
- Ürək gündə orta hesabla 100 min dəfə döyünür.
- İnsan DNT-i ilə şempazelərinki arasında oxşarlıq yüzdə 98, 4-dür.
- 300 sümüklə doğulan insan oğlu yetkinləşdikdən sonra bu say 206-ya düşür.
- Sağlam bir insanın dırnağının tam şəkildə inkişafı 4-6 ay çəkir.
- Diş minası Ardı »

Maraqlı MelumatlarEyfel qülləsi

Eyfel qülləsi — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.
«Eyfel» adı qülləyə onu inşa edən memarın — Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni «300 metrlik qüllə» adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayı nın yaxınlığında yerləşir.

Eyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün Ardı »

Maraqlı MelumatlarDondurma...

Dondurma...

Bu gun hər birimizin ləzzətlə yediyimiz dondurmanın vətəni Çin sayılır. Qədim çinlilər bal və meyvəni buzla qarışdıraraq dondurmanı icad etmişdilər.Bu ləzzətli təamın ölkə sərhədlərini aşması çox çəkmədi 12-ci əsrdə səyyah Marko Polo dondurmanın reseptini İtaliyaya gətirdi. Əvəllər dondurmanı yalnız hökumdarların süfrəsinə qoyurdular. Onuda xatırladım ki dondurmanın avropa ölkələrinə yayılmasi ücün çox az vaxt lazım gəldi. Ardı »

Maraqlı MelumatlarSatların tarixi

Saat - bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihaz.
Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında orientasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür.
İlk dəfə qədim Misirlilər, günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.
Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Ardı »