Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmSazımız-sazbəndimiz (kitab)

Sazımız-sazbəndimiz - kitab.
[redaktə]
Haqqında

Kitabda Sazbəndlik haqqında geniş məlumat verilməklə bərabər sazbəndlər haqqında da məlumatlar verilmişdir.

Kitabın məsləhətçisi və redaktoru Xalq şairi Zəlimxan Yaqub, rəyçisi isə Məhərrəm Qasımlı, texniki redaktoru isə Elşad Çobanlıdır. Ardı »

Kitablar elmDiplomatik psixologiya

Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir;

Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə Ardı »

Kitablar elmMiras: Bakının sirri (kitab)

Miras: Bakının sirri kitabı Çingiz Mehbaliyev tərəfindən intellektual detektiv janrında yazılmış romandır və 2012-ci ildə Bakıda, Azərbaycan dilində “Elm və təhsil” nəşriyyatında çap olunub.[1] Bakıdakı əksər kitab mağazalarında[2] və Amazon-da satılan[3] kitab ilk gündən oxucular tərəfindən maraqla qarşılanıb.[4]Mündəricat [gizlə]
1 Kitabın yazılma məqsədi
2 Müəllif hüquqları
3 Məzmunu
4 Janrı
5 Oxucu fikirləri
5.1 Bloqçuların fikirləri
5.1.1 İbrahim Niftiyev
5.1.2 Günel Mehrəliyeva
5.1.3 Qələndər Məmmədli
5.1.4 Nilufər Elçinqızı
5.1.5 Arzu Quluzadə
5.1.6 Arzu Fariz
5.2 Ziyalıların fikirləri
5.3 Onlayn kitab saytlarında
6 Oxucularla görüşlər
7 Novator xüsusiyyətləri
8 Mətbuatda kitab haqqında
9 Xarici keçidlər
10 İstinadlar

[redaktə]
Kitabın yazılma məqsədi

Müəllif öz kitabi ilə Qız qalasının və Bakının tarixinin timsalında əşyalara və hadisələrə fərqli münasibəti nəzərə çarpdırmaq istəyir. Müəllif Ardı »

Kitablar elmTəbriz Milli Kitabxanası

Təbriz Milli Kitabxanası-Hacı Məhəmməd Naxçıvani və Hacı Hüseyn Naxçıvani kimi xeyriiyəçilərin qiymətli kitablarının bağışlamaq ilə və Təbriz əhalisinin yardım ilə 1956-cı ildə təsis olunub.Əziz Dövlətabadi, bu kitabxananın ilk başçısı idi. Ardı »

Kitablar elmXosrov bəy Sultanov (kitab)

Xosrov bəy Sultanov—Ənvər Çingizoğlunun bu kitabı Qarabağ quberniyasının general-qubernatoru haqqındadır.

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu günlərdə çapdan çıxan yeni tarixi-bioqrafik kitabı tanınmış dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ bölgəsinin general-qubernatoru olmuş Xosrov bəy Sultanova həsr olunub. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru Fəxrəddin Şahsuvarov, rəyçiləri tarix elmləri doktoru Əli Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktorları Gültəkin Nəcəfli, Bəhram Məmmədli, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadədir.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Xarici İşlər Nazirliyinin sənədləri, Fövqəladə İstintaq Komissiyasının materialları və s. mənbələrdən istifadə olunmaqla qələmə alınan kitabda Qarabağ general-qubernatorluğunun fəaliyyəti təfərrüatı ilə təsvir edilib, xüsusilə Xosrov bəy Sultanovun erməni separatçılarının Ardı »

Kitablar elmSinəmdə yurd dağı var (kitab)

Sinəmdə yurd dağı var - “Araz” nəşriyyatında çap olunmuş kitab “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə[1] təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir.

Qarabağ uğrunda müharibənin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun “Sinəmdə yurd dağı var” adlı kitabının redaktoru Kamil İsmayılovdur. Kitab “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir[2].

Kitab ancaq bir igidin həyatından yox - Aran Qarabağla Dağ Qarabağın “sərhəddi” olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açır[3].

Portret oçerklər silsiləsini xatırladan kitabın maraqla oxunmasının əsas səbəbi Ardı »

Kitablar elmTəvarixi musiqiyyun

Təvarixi musiqiyyun — Xütən şəhərində molla İsmətullah ibn Nimətullah Möcizi tərəfindən yazılmış kitab.

Əsərin əlyazması Əlişir Nəvai külliyatının saxlandığı arxivdə tapılmışdır. Hal-hazırda Çinin İctimai Elmlər Akademiyasının kitabxanasında 909.217/149 nömrəsi ilə saxlanılır.

Əlyazma Hicri-qəməri tarixi ilə 1338-ci ildən əvvəl yazılmışdır və kitabın sonunda müfti Mühəmməd Əmin Baqi adlı bir nəfərin möhürü basılmışdır. Baqi əlyazmada kitabın digər şəxs tərəfindən ona verildiyinə işarə edir. Əlyazma Xütənin saman kağızında, "nəstəliq" xəttində yazılmışdır.

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Ardı »

Kitablar elmSirr (kitab)

Sirr (ing. The Secret) — eyni adlı film əsasında Ronda Börn tərəfindən yazılan və 2006-cı ilin ən yaxşı satılan mənəvi özünə yardım kitabı. Ardı »