Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmMart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)

Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə – kitab 2009-cu ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, "INDIGO" nəşriyyatında çap edilmişdir. Kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, elmi redaktoru isə tarixi elmlər namizədi Məmməd Cəfərlidir.

Kitabda 1918-ci il mart hadisələrinin, xalqımıza qarşı aparılan deportasiya siyasətinin, Bakıda törədilən qırğınların, soyqırımların geniş şərhi verilmişdir. Rus dilində işıq üzü görmüş kitaba Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırım Günü" fərmanının mətni də əlavə olunmuşdur.

Kitabda 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələr haqqında sənədlər toplanmışdır. Böyük əhəmiyyət daşıyan bu kitab erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya Ardı »

Kitablar elmÖmrün şəhidlik zirvəsi (kitab)

Ömrün şəhidlik zirvəsi - Şəhid Kərimov Yasif Fəzi oğlunun əziz xatirəsinə həsr olunmuş kitab.

Kitabın məsləhətçisi professor Azər Kərimov, toplayıb tərtib edəni və redaktoru isə “Qızıl qələm” mükafatı laureatı Araz Yaquboğludur.

Kitab 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə 500 nüsxə ilə çap olunmuşdur. Kitab 160 səhifədən (16 səhifə əlavə rəngli şəkil olmaqla) ibarətdir.

Kitab Qarabağ müharibəsində şəhid olmuş Kərimov Yasif Fəzi oğlunun əziz xatirəsinə həsr olunmuşdur. Kitabda şəhidin babası, Rəsullular nəslinin igid el qəhrəmanı, sərkərdə Məşədi Qasımın XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlar, II Dünya Müharibəsində Rəsullular nəslindən həlak olan və itkin düşənlər haqqında da geniş məlumatlar verilmişdir. Əsgər sülaləsi Ardı »

Kitablar elmTalmud

Tövratı təfsir edən alimlər-ravvinlər yəhudi xalqının həyatında mühüm rol oynadılar. Onlar Tanahı (Tövrat) təfsirlə sadə camaata izah edirdilər. İnsanlar müxtəlif məsələlərlə bağlı ravvinlərə müraciət edir, onlardan gündəlik problemlərlə bağlı məsləhət alır, Əhdi-Ətiq müəllimləri isə öz növbəsində, yaranmış məsələlərə uyğun hökm çıxarırdılar. Bu hökmlər, qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü. Zaman keçdikcə, şifahi ənənənin yazıya alınması zərurəti yarandı. Çünki hər gün məhkəmələrdə nikah, təsərrüfat və s. bu kimi məsələlərlə bağlı yüzlərlə iş qaldırılırdı; təəssüf ki, bunlara dair Əhdi-Ətiqdə heç bir şey deyilmirdi. Bunu nəzərə alan ravvinlər, Yəhudi dininin gələcəyini düşünərək, Tövratın nəsildən-nəsilə keçən təfsirini və izahını yazıya aldılar, nəticədə çoxcildli külliyat meydana gəldi. Ardı »

Kitablar elmRusiya Dövlət Kitabxanası

Rusiya Dövlət Kitabxanası — Rusiyada kitabxana

Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir. Ardı »

Kitablar elmMəktubat (Mövlanə)

"Məktubat " - Mövlana Cəlaləddin Rumi'nin əsəri.
[redaktə]
Məzmun

Məktubat (مکتوبات) vəya Mekatib (Farsca: مکاتیب), məktuplar anlamına gəlen bu əsər Mevlana'nın dost ve əqrəbəlarinə, özəlliklədə Səlçuqlu əmir və vəzirlərinə nəsihət üçün yazdığı 147 ədət məktubdan oluşur. Mövlana'nın ölümündən sonra, məktuplar biraraya getirilmiş ve bu əsərə də Məktûbât vəya Mekatib adı verilmişdir. Ardı »

Kitablar elmAzərbaycan ISBN agentliyi

ISBN (International Standard Book Number) - ingilis dilindən tərcümədə "Beynəlxalq standart kitab nömrəsi" deməkdir. ISBN kitabları beynəlxalq miqyasda kod laşdırmaq üçün hər kitaba çap olunduğu bölgə və nəşriyyat ı nəzərə alaraq verilən nömrədir. Hər kitab adı, müəllif in adı və yalnız ona aid olan ISBN kodu vasitəsilə birqiymətli xarakterizə olunur. Kitabın təkcə ISBN kodunu bilməklə onu tapmaq və almaq mümkündür.

Hal-hazırda 13 rəqəmli ISBN kodundan istifadə edilir. Hər ISBN kodu soldan sağa oxunuşda beş hissədən ibarətdir: kitab sənayesini xarakterizə edən rəqəm, müəyyən dil ətrafında cəmləşmiş ölkələr qrupunu xarakterizə edən rəqəm, konkret nəşriyyata aid edilən rəqəm, konkret kitaba aid edilən rəqəm (kitab identifikasiyası) Ardı »

Kitablar elm"Mavi qatarın" sirri (roman)

"Mavi qatarın" sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman.
[redaktə]
Mövzu

Burada əsas mövzu Rufun ölümündən ibarətdir.

Ölümündən qabaq atası amerikalı milyonçu Van Aldin ona yaqut hədiyyə edir. Ruf yaqutları götürüb qatarla sevdiyi adam Qraf Roşun yanına gəlmək üçün mavi qatara minir.

Ruf başqa bir adamla - Dereklə evlidir. Onların arasında münasibətlər getdikcə pisləşir.

Mavi qatarda Ruf ölür. Hamı fikirləşir ki, qətl Qraf Roş və ya Derek tərəfindən törədilib. Lakin Herkul Puaro sübut edir ki, qatillər Meysən və Naytondur. Ardı »

Kitablar elmQaranlıq qala (silsilə)

Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir.
[redaktə]
Seriya haqqında

Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini Ardı »