Kitablar elm → Qarabağda sənət və sənətkarlar (kitab)
Kitabın mövzusu
Yazıçı-jurnalist Ənvər Çingizoğlu və memarlıq doktoru Rizvan Qarabağlının “Qarabağda sənət və sənətkarlar” adlı kitabı işıq üzü görüb.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Ş.Fətullayev-Fiqarov, redaktoru Vasif Quliyev, rəyçiləri sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevadır.
Kitabda ilkin olaraq Qarabağda sənət və sənətkarlar geniş təhlil edilib, memarlıq, xəttatlıq, metalişləmə, misgərlik, dəmirçilik, zərgərlik, toxuculuq, xalçaçılıq və s. tədqiq olunub. Nəşrdə Qarabağ Azərbaycanın qədim sənət, həm də mədəniyyət mərkəzi kimi göstərilib. Orta əsrlər dövrü dekorativ-tətbiqi incəsənət ustalarından beyləqanlı dulusçular Ardı »