Ümumi Letifeler → :))
Kafeyə iki kovboy girir. Stolların birinin ətrafında üç kişi oturubmuş. Kovboyun biri o birinə deyir: «O stoldakı sarışını görürsən?» Dostu deyir: «Onların üçü də sarışındı». Kovboy deyir: «Bığlını deyirəm». Dostu deyir: «Onlar üçü də bığlıdı». Kovboy deyir: «Sambrerolunu deyirəm». Dostu deyir: «Onların üçü də sambreroludu». Kovboy əsəbiləşir. Piştoyu çıxırıb onların ikisini vurur. Sonra dostuna deyir: «O sağ qalanı deyirəm.... Bilirsən, nə alçaqdı...!».
Şahın bir kişiyə qəzəbi tutur və əmr edir ki, ona yüz şallaq vursunlar. Hər dəfə şallaq belinə təmas edəndə kişi deyirmiş: «Sağ ol, şahım». Şah deyir, dayanın. Sonra kişidən soruşur: «Bu nədi? Mən səni döydürürəm, sənsə təşəkkür edirsən? İzah elə» Ardı »