Qidalar → Ballı Alma Suyu və Ballı Mus
Ballı Alma Suyu
Vəsaitlər
1 ədəd limon
1 ədəd alma
2 xörək qaşığı bal
Hazırlanması
Limonu sıxın. Almanı soyub çəyirdəklərini çıxardın.
Almanı kiçik parçalara ayırıb, sıxdığımız limonun suyuyla birlikdə meyvə sıxacağına və ya daha püre kimi olmasını istəyirsinizsə blendıra qoyun.
Yaxşıca qarışdırıb, içinə 1 stəkan isti suya qarışdırılmış balı qatın. Hamısını son bir dəfə daha qarışdırıb uşağınızın ən sevdiyi stəkana qoyun. Soyuducuda soyutduqdan sonra servis edin. Çox soyuq olmamasına diqqət yetirin ki uşağımızın boğazı şişməsin!
Ballı Mus
Vəsaitlər
4 yumurtanın sarısı
4 yumurtanın ağı
1 xörək qaşığı təzə portağal suyu
1 stəkan bal
Hazırlanması
Orta boy bir kasada yumurta sarıları, bal və portağal sununu yaxşıca çırpın. Başqa bir kasada da yumurta ağlarını Ardı »