Azeri Letifeler → Molla bir gün qonşusundan bir qazan alır.
Molla bir gün qonşusundan bir qazan alır. Bir neçə gündən sonra
içinə bir balaca qazan da qoyub sahibinə qaytarır. Qonşu balaca qazanı
görüb soruşur:
– Molla, bu nədi? Mən ki sənə bircə qazan vermişdim.
Molla gülə-gülə deyir:
– Balam, sən çox xoşbəxt adammışsan. Qazanın bu gecə doğub.
Kişi heç bir söz deməyib, sevinə-sevinə qazanları götürüb aparır.
Bu işin üstündən bir müddət keçəndən sonra Molla həmən qonşusundan
bir böyük putluq qazan istəyir. Birinci qazandan dişi şirəyə batmış
qonşu çox böyük razılıqla qazanı gətirib verir. Bir gün, beş gün, bir
ay... Molla qazanı qaytarmır. Axırda kişi gəlir Mollanın qapısına. Molla
çıxır, bunu qapıda Ardı »