İmir Məmmədli - "Sazlı sözlü sibir" → 3-cü hissə...

Aşıq Qəribin Bakı səfəri Saçı-saqqalı ağarmış Aşıq Qərib, vaqonlarına ―Göy-Göl yazıılan 37 nömrəli qatardan Bakı şəhərinin baş vağzalına gün günortanın yerinə qalxarqalxmaz düşür. Düşən kimi onun diqqətini qarışıq çal-çağır səsləri, yeldöyəndə dolaşan küləklər kimi hər yandan gələn çeşidli musiqi çəkir. Ətrafa çaşqınlıq içində boylanan Aşıq Qərib əvvəlcə elə bilir, başı hərb qovğasına qarışan Azərbaycanın paytaxtına deyil, başqa bir şəhərə düşüb. Qafiəsizfilansız da olsa, öz-özünə düşünür: dad-bidad, olmaya Tiflisdə saz tünlükdəkilərə ilişə-ilişə tələm-tələsik vaqona minəndə qatara səhv saldın, olmaya bir gecəlik bu narahat yolun sonunda bam-başqa bir şəhərə gəlib çıxdım. Ola bilməz, bir bu qədər itkisi, qəmi-kədəri olan bir məmləkətin paytaxtında bu Ardı »