Ülviyyə Heydərova → Dəli şeytan
- Siz işdən azadsınız!
Cavanşir müdirin otağının qapısını yavaşca bağlayıb, işini tərk etdi. Əslində günah elə Cavanşirin özündəydi.
Müdirin dediyi olmasın, altdan- altdan iş görəndə , axırda belə də olmalıydı.
Təbii Cavanşir bunu boynuna almasa da , kor kor, gör görüydü. Bir ilin içində elə bil Poçtda xəzinə tapmışdı.
Düzdür, müdir yuxarılara yazıb onu cəzalandıra da bilərdi, amma etmədi.
Qorxdu ki, iş şişib böyüyər, sabah elə onun özünü də əlli-ayaqlı göndərə bilərlər. Heç Cavanşir də gür səsini ucaltmadı.Ancaq içində elə bil qiyam qopmuşdu.
Əgər ürəyinə yol tapıb aparat salsaydılar, oradan elə haraylar gələrdi ki, camaat növbəyə düzülüb, rayonun yeganə qulaq həkimi olan “ kar Adilin “ məsləhətini Ardı »