Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami GəncəviCavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin

Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin

Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,
İnanma, bir daha burdan qəribi-karixan keçsin.

İtən gənclik sorağilə qocalar yer süründükcə,
Bükülüdü bel, bu mümkünmü ömür daim cavan keçsin?

Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!
Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!

Canı can verib alsaydın bilərdin qədrini şəksiz,
Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin.

Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,
Günün istər qara keçsin, ya istər şadiman keçsin.

Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,
Əlində saqinin gəlsin şərabi-ərğəvan keçsin! Ardı »

Nizami GəncəviHüsnün gözəl ayətləri, ey sevgili canan

Hüsnün gözəl ayətləri, ey sevgili canan

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan

Kəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, "könül hardadır" aldım bu cavabı.
"Heç sorma, tapılmaz onu axtarsa da insan".

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-taban?

Kəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan? Ardı »

Nizami GəncəviBilməm, nə töhfə, mən qul, o sultanə göndərim?

Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?

Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
Layiq deyil ki, canımı cananə göndərim.

Ey dust, istədim eləyəm bəxş könlümü,
Etdim həya ki, zirəni Girmanə göndərim.

Ey xacə, məsləhət elə, allah rizasına,
Murəm, nə töhfə, söylə, Süleymanə göndərim?

Yoxdur mətaimiz ki, ola yarə layiqi,
Dərviş ikən nə həzrəti-sultanə göndərim?

Yanmış sinəmdə yoxdu birər arpa danəsi.
Viranədir bu kənd, ona mən nə göndərim?

Bayram yetişdi, xəstə bu canımla bir deyin,
Bilməm nə qurban ol şahə, qurbanə göndərim?

Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
Yaxşı əməl deyə nəyi mizanə göndərim? Ardı »

Nizami GəncəviAz danışmağın gözəlliyi

Az danışmağın gözəlliyi

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.

İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün incitək mə'nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.

Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.

Mə'dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.

Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!

Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.

Göydə parlasa da nə qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız Ardı »

Nizami GəncəviAy üzlü nigarım, kimə mehman olacaqsan?

Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan Ardı »

Nizami GəncəviGözüm aydın, gözümə surəti canan görünür

Gözüm aydın, gözümə surəti canan görünür

Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.

Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.

Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.

Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:
"Gözüm aydın, gözümə surəti canan görünür". Ardı »