Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Rza LəvaiYalnızlıq...

Yalnızlıq...

Nifrət yırtır ağzını
Şeytan köynəyinə calanıb
Və bir az da tülkü saqqalına
Bələnibsən
Zülmət çəkir gözlərin bilirəm
Yalnız ölüm sənə dözər !..
Turbalarda axan məqsəd su deyil,
Sancıdır!
Mətbəxin insan dadındandır
Barmaqlarını yırtacağam bir gecə
Sonra dodaqlarını tikəcəyəm öpüşlərimə
Ola bilər saçlarında quş tutdurum ?!
Burax məni, burax
Üsyanımda ürək qalmayıb
Sənin dərdini çəkmək,
Ən böyük rəssamlıqdır demək !
Və mən yoxam,
Ay mənim yalnızlığım. Ardı »

Məhəmməd Rza LəvaiSadə yaşamım var, sevgilim

Sadə yaşamım var, sevgilim

Sadə yaşamım var, sevgilim
Hər səhər açaram torpağı
Çörəyi
Suyu
Hər axşam türkün xəzər dəsmalı ilə
Silərəm əl-üzümü
Sonra üzündəki xal
Gecə qədər böyüyüb məni
Basdırar özündə
Xalında uzanıb yataram !..
Sadə yaşamım var, sevgilim
Və kasıb gözəlliyim
Dilənçilərin əlinə nar qoyaram qəlbimi
Dostlarımın beyninə ceyran əkərəm
Quş çiləyərəm
Düşmənim kölgəmdə
İnək otarar
Heç şeyə toxunmaram
Sevgililərin öpüşüdür bu qızıl gül
Anaların sinəsidir bu baxça
Ataların öyüdüdür bu torpaq
Tutalım qurd balasıyam lap
Ağzımdan durna uçar, dovşan sıçrayar
Ağac çox uca arzudur
Bir yarpağın qucağındada keçinə bilərəm
Sadə yaşamım var sevgilim… Ardı »

Məhəmməd Rza LəvaiAramızda mən boyda sərhəd

Aramızda mən boyda sərhəd

Təbəssümün allahımdır, oğlum
Və göz yaşların cəbrayıl tökür ovcuma
Bu peyğəmbərlərin vəhy səhrasına
Həzin-həzin ağlarsan hər gecə yorğan altda
Hardasa yağmur utanıb yerə girər!
Tom and cery silinər televiziyadan
Hər gecə Əhməd Kayanın mahnılarını
Bağrına basıb yatarsan
Və hər səhər Fars kanalları dişləyər yuxularını
Gündə min dəfə ata məni atıb tutarsan
Aramızda mən boyda sərhəd varmış oğlum bağışla
Nə sən bu sərhəddi keçə bildin nə mən
Səni bayraq yondum Təbrizə bir axşam
Qaldır türk bayrağını qaldır
Təbəssümünü yay şəhərə
Təbəssümünə tutular düşmən yandırarsan
Və dostlar təbəssümünü içib keflənərlər
Təbəssümün allahımdır oğlum

Təbəssümün
Bıçaq yarasıdır üzümdə
Ya türmədə yediyim şallaqdır
Təbəssümün sökər şeirimi sökər
Aç sərhədlərini ay təbrizli təbəssüm
Çək qucağına Bakını
Ya da İstanbula əmr et məni
Onsuz da dünya məhkəmədir
Və təbəssümün sonuncu mudafiəm!

Bu qovğa nədir?
Təbəssümünü Ardı »

Məhəmməd Rza LəvaiHanı sənə vurulduğum dəhşət?

Hanı sənə vurulduğum dəhşət?

Bir gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram xatirələr astanasında
Geri dön sevgilim geri dön

Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
Üfuqlərə qandırdığım günlər
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər
hanı sənə vurulduğum dəhşət?

Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur

Yox, heç də qayıtma
Sənin də haqqın var
İldırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım
Bir gün məni öldürər bu sevda Ardı »

Məhəmməd Rza Ləvai2010 lümlütdür

2010 lümlütdür

Salam oğlum, həya et
İçəri girmədən ösgür
2010 lüm-lütdür
Dinləyirsənmi çiynimdəki çantanı?
Yeni əsrin darvazası sökülür
Kürəyimdə
Külək
İstiqamət cırır
Bu gün səhər
Buz sındıracaq sonuncu düşüncəm
Sabah axşam
Ad günümü yeyib içəcəklər
Sən amma o ilk partlayışa qayıt
Ad günümü şarlara püləyib
Partlat!
Sən yox idin
Yaşamaq, küləklərin sancısından
Düşdü üstümüzə
Qaytar naqqalarını dənizciyim
Yosunlarını göylərə yap
Naqqalarını ulduzlara çırp
Artıq gəzmə bu çölləri
Milli şüurum
Kafelərin təhtəlşüurundan asılıdır
Döyüşkən mənalar yıxılır içimdə
Yarpaqların beynindəki tansu
İnsan deyil
İnan
Gəl götür bu iztirabı
Bakı əlimdə qalıb
Üsyanım, ETTELAAT əlindən
Ürək ağrısına düşmüş
Səfirliklərdə beynim mübadilə olunur
Bu leşin sığınacağı planet
Sənsən bəbəyim…
Dinləyirsənmi meşələrimin hüznünü?
Dinləyirsənmi isanın darında
Dərimin çırtlayışını?
Məni tutub azadlığı alnıma yapdılar
Terroristlərin terror bəhanəsini…
Salam oğlum dayan
Bir azdan otağım istintaqa çəkiləcək
Pianinom istibdad yuxusu
Saat müxalifət sancısı
Təqvim xalq xəstəsi
Boşqabımdakı alma
Üzüqırmızı məmurdur
Dost paltarında!
Səni, məni sayan kim ?
Şərqdə ,
Məzlumlarda
Səddamın dişləri Ardı »

Məhəmməd Rza LəvaiHanı sənə vurulduğum dəhşət?...

Hanı sənə vurulduğum dəhşət?...

Bir gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram xatirələr astanasında
Geri dön sevgilim geri dön
Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
Üfuqlərə qandırdığım günlər
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər
hanı sənə vurulduğum dəhşət?
Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur
Yox, heç də qayıtma
Sənin də haqqın var
İldırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım
Bir gün məni öldürər bu sevda Ardı »

Məhəmməd Rza LəvaiHəəə… Ləvayi… həəə

Həəə… Ləvayi… həəə

Həəə…gəldin Ləvayi gəldin
Yüksəltdin əzilmiş qururunu sınıq gözlərdə
İndi gəlməz olar o uşağın təbəssümündəki gələcək
Bir xəyanət kinosudur Bakı
Ürək sancıları mesaj olur hər yerə
Güney, sözcükləri alışdırıb yandırdı
Orda nə urman yazıçılar birliyidi
Nə isə dağlar azad yazarlar
Arada bitən sözcük oldun son dəqiqə
Və ana Təbriz yeyir özünü əlvida həsrətində
Həəə…gəldin Ləvayi gəldin
Dəli buludlardan qopdu Qırat
Bakıda sevgi ayaqlarına ilişib yıxdı səni
Sən vuruldun və çezələdi siyasət
I love you gəldi
Ləvai getdi!
Getdi ürəyin Xəzər sahilində
Saatlar töküldü heyrətə
Bakını Xəzər kəmsiklədi
Qızcığazları senzurlanmış itlər
Əslində heç bir qız ay deyil burada
İşsiz qadının göz yaşıdır ay
Tökülür üstümə hər gecə
Həəə…gəldin, Ləvai, gəldin
Güney muxalifətindir quzey sukutun
İqtidar duymaz əl-ayağın
Və…burax…
Bax, Bakıda gündüz açılır
Yəqin Təbrizdə saçlarını yığır anam!.. Ardı »